Hacı Davud Hakkında

Hacı Davud konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
1
Okunma
2
Beğeni
1.082
Görüntülenme

Hakkında

İyirmi yeddi il əvvəl ilk dəfə olaraq arxivlərdən xalqımın qəhrəman oğlu, XVIII əsrin görkəmli ləzgi sərkərdəsi Hacı Davudla bağlı bəzi sənədləri tapanda və onun "Xalqıma lağ edənlərin sinəsinə xəncər kimi sancılıram!" sözlərini üzə çıxaranda nə qədər sevindiyimi sözlə ifadə etmək mümkün deyil. İyirmi yeddi il ötəndən sonra böyük Tanrının yardımı ilə 764 mənbədən, XVIII-XX əsrlərin müəlliflərinin məlumatlarından, 840 arxiv sənədindən istifadə etməklə uzun illər çəkdiyim gərgin zəhmətin bəhrəsi kimi oxuculara çatdırdığım bu kitabın mənə necə sevinc bəxş etdiyini təsəvvür etmək çətin deyil. Yenilməz Hacı Davud haqqındakı kitabı alıb oxuyan və bununla da mənə yeni-yeni sevinc bəxş edən hər bir qədirbilən oxucuya minnətdarlığımı bildirirəm.
Tahmini Okuma Süresi: 14 sa. 30 dk.Sayfa Sayısı: 512Basım Tarihi: 2012Yayınevi: Azərbaycan Nəşriyyatı
ISBN: 9784804000000Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Müzəffər Məlikməmmədov
Müzəffər MəlikməmmədovYazar · 4 kitap
Məşhur jurnalist, şair, tədqiqatçı Müzəffər Nizam oğlu Məlikməmmədov 1948-ci ilin iyulun 25-də Quba rayonunun Digah kəndində anadan olmuşdur. Quba şəhər 4 saylı internat məktəbini fərqlənmə ilə bitirib, “Qızıl Qusar” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlamışdır. Bir müddət burada işlədikdən sonra Sovet Ordusu sıralarında xidmət etmiş, Leninqrad hərbi müxbirlər məktəbinə oxumağa göndərilmişdir. 1968-1970-ci illərdə “Sovetskiy moryak”, “Krasnaya zvezda” və digər hərbi qəzetlərdə çoxlu sayda məqalələri dərc olunmuş M.Məlikməmmədov “Leninqrad hərbi dairəsinin ən yaxşı müxbiri” adına layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən əla təhsilinə görə C.Cabbarlı adına təqaüdə layiq görülmüş, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində işə göndərilmişdir. Burada o, nəzmlə yazılmış felyetonları ilə tanınmışdır. M.Məlikməmmədov jumalistikada reyd janrını inkişaf etdirmişdir. 1983-cü ildə onun xalq nəzarəti məsələlərinə həsr olunmuş “Qəzet və xalq nəzarəti” kitabı 10 min nüsxə tirajla çap olunmuşdur. M.Məlikməmmədov 1810-1840 və 1918-1930-cu illərdə Quba qəzasında baş vermiş hadisələri tədqiq edərək, rus müstəmləkəçilərinin və erməni daşnaklarının əleyhinə döyüşmüş neçə-neçə ləzgi qəhrəmanını üzə çıxarmışdır. Bu axtarışlarm nəticəsi olaraq o, ləzgi dilində “Quba iğtişaşı” və Azərbaycan dilində “Qanlı dərə” kitablarını oxuculara çatdırmışdır. M.Məlikməmmədovun “Qızıl Qusar”, “Sovetskiy moryak”, “Sovet kəndi”, “Həyat”, “Bərəkət”, “Alpan” qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri, redaktor müavini, redaktor, həmçinin “Samur” qəzetində redaktor müavini vəzifələrində çalışdığı illərdə ləzgi, Azərbaycan və rus dillərində 7500-dən çox məqalələri, oçerkləri, esseləri, reportajları, korrespondensiyaları, felyetonları, zarisovkaları, reydləri və informasiyaları dərc olunmuşdur. Jurnalistika sahəsində qazandığı uğurlara görə Müzəffər Məlikməmmədov 2 medala, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına, Azərbaycan KİVHİ-nin “Araz” ali ədəbi mükafatına layiq görülmüşdür. 1999-2004-cü illərdə M.Məlikməmmədov Dağıstan Dövlət Universitetinin Bakı fılialında Dağıstan fılologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Müzəffər Məlikməmmədov Azərbaycan və ləzgi dillərində işıq üzü görmüş 14 kitabın müəllifıdir. Onun Azərbaycan dilində qələmə aldığı “İgid ömrü”, “Gecə işığı”, “Xaçmaz zəfər gözləyir”, “Polkovnikin andı”, “Qanlı dərə” və digər kitabları, həmçinin ləzgicə çıxmış “Bənövşə kimi bitərəm”, “Sevgilimə 200 mahnı”, “Quba iğtişaşı”, “Kasar” və başqa kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Adın ləzgidirsə...” kitabı ilə o, ləzgi ədəbiyyatında esse janrının əsasını qoymuşdur. M.Məlikməmmədov ləzgi dilçiliyi məsələləri ilə də yaxından məşğul olur. Onun bu sahəyə dair 140-dan çox məqaləsi işıq üzü görmüşdür. 2008-ci ildə çap etdirdiyi “Ləzgi dilləri” kitabında ləzgi, tabasaran, buduq, xınalıq və qrız dillərini müqayisəli tədqiq edən M.Məlikməmmədova Dağıstan Dövlət Universiteti tərəfmdən bu mövzuda dissertasiya müdafıə etmək təklif olunmuşdur. M.Məlikməmmədovun şeir və poemaları Dağıstanda və Azərbaycanda bir neçə dilə tərcümə olunmuşdur. Azərbaycanın tanınmış şairi Kələntər Kələntərli onun “Arağıstan” poemasıın ləzgicədən azərbaycancaya çevirmişdir. Məşhur ləzgi yazıçısı Rasim Hacı “Dənizlərdəki ləzgilər” povestini Müzəffərə ithaf etmişdir. Gənc alim Gülbəs Aslanxanova 2008-ci ildə M.Məlikməmmədovun həyat və yaradıcılığına həsr etdiyi “Böyük ləzgi” kitabını çapdan buraxmışdır.