İyirmi yeddi il əvvəl ilk dəfə olaraq arxivlərdən xalqımın qəhrəman oğlu, XVIII əsrin görkəmli ləzgi sərkərdəsi Hacı Davudla bağlı bəzi sənədləri tapanda və onun "Xalqıma lağ edənlərin sinəsinə xəncər kimi sancılıram!" sözlərini üzə çıxaranda nə qədər sevindiyimi sözlə ifadə etmək mümkün deyil.
İyirmi yeddi il ötəndən sonra böyük Tanrının yardımı ilə 764 mənbədən, XVIII-XX əsrlərin müəlliflərinin məlumatlarından, 840 arxiv sənədindən istifadə etməklə uzun illər çəkdiyim gərgin zəhmətin bəhrəsi kimi oxuculara çatdırdığım bu kitabın mənə necə sevinc bəxş etdiyini təsəvvür etmək çətin deyil. Yenilməz Hacı Davud haqqındakı kitabı alıb oxuyan və bununla da mənə yeni-yeni sevinc bəxş edən hər bir qədirbilən oxucuya minnətdarlığımı bildirirəm.