"Hardan düşdün yadıma sən..." kitabı on ildən artıq (1998-ci ildən) yaradıcılıq yolu keçmiş, gənc şair Qılman İmanlının oхucularla ikinci görüşüdür. Kitabda Qılman İmanlının təkrarsız düşüncələrinin məhsulu olan şeirləri toplanmışdır.
Qılman İmanlının "Hardan düşdün yadıma sən..." kitabına şair-publisist Eldar İsmayıl "Poeziya əks-sədadır..." adlı ön söz yazmışdır. Ön sözdə deyilir: "Qılmanı ədəbi ictimayyətə daha çoх sevdirən də onun lirik şeirləridi. "Vağzalı çalınır", "Nakamlar uyuyan məzarıstanda", "Başım üstə" və bu qəbildən olan uğurlu şeirləri poeziya vurğunlarının dodaqlarında qanadlanmaqdadır".