Hekayələr

Anton Çehov

Hekayələr Gönderileri

Hekayələr kitaplarını, Hekayələr sözleri ve alıntılarını, Hekayələr yazarlarını, Hekayələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Veroçka
Oqnev onu daha eşitmirdi və sürətlə addımlayıb evdən uzaqlaşırdı. Onun içkinin təsirindən isinmiş ürəyində həm sevinc, həm hərarət, həm də bir kədər var idi... O gedir və getdikcə də fikirləşirdi ki, insan həyatda tez-tez yaxşı adamlarla rastlaşır, lakin çox təəssüf ki, bu görüşlərdən xatirədən heç bir şey qalmır. Bəzən görürsən elə olur ki, üfüqdən durna qatarı keçir, zəif əsən külək onların şikayətli və qəmli qaqqıltısını gətirir, lakin bir dəqiqə sonra mavi səmanın uzaqlarına nə qədər acgözlüklə baxsan da, orada heç bir nöqtə də görmürsən, heç bir səs-səmir eşitmirsən, - adamlar da belə olur, görürsən ki, təsadüf təsadüf etdiyin adamların sifəti və danışığı sizin keçmiş həyatınızda itib-batır və kiçik bir xatirədən başqa onlardan heç bir iz qalmır. İvan Alekseviç bahar fəslinin əvvəlindən N qəzasında yaşayırdı və demək olar ki, hər gün Kuznetsovgilə gəlib-gedirdi, o, bu gülərüzlü qocaya, onun qızına, qulluqçularına, öz qohumlarına olduğu kimi öyrəşmişdi. Bu evi, səliqəli eyvanı, həyətdəki xiyabanların döngələrini, mətbəxin və hamamın üzərinə əyilmiş ağacların uzaqdan görünən kölgələrini bütün incəliklərinə qədər tədqiq edib öyrənmişdi, lakin indicə o, bu qapıdan çıxan kimi bütün bunların hamısı bir xatirəyə çevriləcək və onun üçün öz real mənasını həmişəlik itirəcəkdir...
Dövlət Xidmətində
Bədbaxt gənc! Bir adamın öz həyatından... öz gənc həyatından əl çəkmək qərarına gəlməsi üçün əvvəl nə qədər düşünməsi, iztirab çəkməsi lazımdır... Hər bir ailədə belə bədbəxt hadisə ola bilər, bu da çox dəhşətlidir. Bu dərdə dözmək çətindir; bu dözülməyəcək bir dərddir...
Sayfa 121 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
Dövlət Xidmətində
Müstəntiq gülür, kadril rəqsi oynayır, qızlara yaxınlıq edirdi və öz-özlüyündə düşünürdü: 《Bəlkə bunlar hamısı yuxudur? Zemstvonun qaranlıq otağı, küncdə bir yığın ot, tarakanların xışıltısı, iyrənc, miskin ev əşyaları, şahidlərin səsi, külək, çovğun, azmaq qorxusu və birdən-birə bu gözəl işıqlı otaqlar, royal səsi, gözəl qızlar, qıvrımsaçlı uşaqlar, şən, xoşbəxt gülüşlər...
Sayfa 121 - Qanun nəşriyyatıKitabı okuyor
7/10 puan verdi
·
Beğendi
İlk olaraq kitabdakı bir çox hekayəni oxudum.İndiyə qədər olan düşüncələrim əgər gözlənilməz hadisələrlə qarşılaşmaq, tərs köşə olmaq istəyirsinizsə mütləq oxuyun :), ancaq burda dərin mənalı hekayə axtarırsızsa, məncə tapa bilməyəcəksiniz, çünki məndə bu oxuduğum hekayələrdə nə anlatmaq istədiyini hələdə cavablandırmış deyiləm.Amma mən Yekaterina İvanovnanın Starsevə verəcəyini çox gözlədim (it's joke) Nəysə məncə oxuyun içində maraqlı hekayələrdə var.Mən qanun nəşriyyatından oxudum tövsiyə edərəm
Hekayələr
HekayələrAnton Çehov · Qanun Nəşriyyat · 03,223 okunma
İonıç
O, faytona minərkən vaxtilə ona əziz və mehriban olan qaranlıq evə və bağa baxdı, Vera İosifovnanın romanlarını,Kotikin səs-küylə royal çalmasını,İvan Petroviçin məzəliliklərini,Pavanın acınacaqlı duruşunu xatırladı və düşündü ki, əgər bütün şəhərdəki ən istedadlı adamlar bunlar kimi fərasətsizdirsə, onda vay o şəhərin halına...
Sayfa 106 - Qanun nəşriyyatıKitabı okuyor
İonıç
Hər tərəfdə sakitlik idi,ulduzlar dərdli bir sükut içərisində göydən baxırdı.Starsevin ayaqlarının səsi bu sükut içərisində çox sərt və uyğunsuz səslənirdi.Kilsədə zəng çaldıqda o, özünü ölmüş və burada dəfn edilmiş kimi təsəvvür etdi.Sonra ona elə gəldi ki, kimsə ona baxır.O, bir anlığına bunun rahatlıq və sakitlik deyil, bir heçlik kədəri, ağır bir ümidsizlik olduğunu düşündü...
Sayfa 96 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.