Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hophopnamə Gönderileri

Hophopnamə kitaplarını, Hophopnamə sözleri ve alıntılarını, Hophopnamə yazarlarını, Hophopnamə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
BİMƏRHƏMƏT ƏYANLARINA ŞÜKR, XUDAYA! Bimərhəmət əyanlarına şükr, xudaya! Bu sahibi-milyanlarına şükr, xudaya! Millət qəminə baxmayan ənzari-kərəmlə İyşani-zəvi-şanlarına şükr, xudaya!
Gah şəfəq tək düşürəm dağlara, Yanğılı vulkan görürəm, qorxmuram Gah enirəm sayə tək ormanlara, Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, Bir sürü aslan görürəm, qorxmuram Məqbərəlikdə edirəm gah məkan, Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, Cin görürəm, can görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram. Bu küreyi-ərzdə mən, müxtəsər. Müxtəlif əlvan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi Harda müsəlman görürəm, qorxuram!. Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram, Qorxuram, qorxuram, qorxuram!...
Reklam
448 syf.
·
Puan vermedi
·
8 günde okudu
Sabirin digərlərindən fərqi nədir?
Kitabdakı şeirlərini oxuyanda bir şeyin fərqinə vardım, Sabir digər tənqidçilerden, maarifçilərdən fərqlənir. Bunu sadəcə istedad baxımından demirəm, Sabir sanki daha səmimidir. Bunu həyatınada baxanda da görmək olur əslində. Bu gündə bir çox tənqidçi və maarifçi var, ancaq heç biri o qədər səmimi gəlmir, hətta bu səbəbdən dedikləri düzgün belə
Hophopnamə
HophopnaməMirze Elekber Sabir · Qanun Nəşriyyatı · 2018353 okunma
Qurban bayramı
Bayram olcaq, Şövkətlilər, şanlılar, Dövlətlilər, pullular, milyanlılar, Tirboyunlar, şişqarınlar, canlılar, Qurban kəsir Xəlilüllah eşqinə, Fağır-füğur gəzir Allah eşqinə. Iki qonşu bir-birinin milləti,
Sayfa 324Kitabı okudu
Taziyanələr
Dindirir əsr bizi, – dinməyiriz, Açılan toplara diksinməyiriz; Əcnəbi seyrə balоnlarla çıxır, Biz hələ aftomobil minməyiriz; Quş kimi göydə uçar yerdəkilər, Bizi gömmüş yerə minbərdəkilər!
Sayfa 319Kitabı okudu
Taziyanələr ( 53 54 )
Lənət sənə ey cəhl, nə bidad ediyorsan! Hər gün yeni min mələnət icad ediyorsan! Sərməşq edərək Habilü Qabil hərəkatın - Qardaşları qardaşlara cəllad ediyorsan! Nakəslərə imdad ilə, bikəslərə bidad - Bir gör kimə yardım, kimə bidad ediyorsan?! Qafil yaşamaqdansa gözəl kardır ölmək, Hərçənd ki, qəflətdə dəxi ardır ölmək Zənciri-cəhalətdə bu alçaq yaşayışdan, Cahil, sənə dar üzrə səzavardır ölmək!
Sayfa 314Kitabı okudu
Reklam
Taziyanələr
Söylə, təqsiri nədir tapdalayırsan yazığı? Böyle işlər çox olur cümləsi şeytan işidir. Etdiyin cümrünü şeytan adına çıxma, onun Yox bu işdən xəbəri, söylə müsəlman işidir.
Sayfa 306Kitabı okudu
BAYRAM TÖHFƏSİ
Ey tökən mollaların kamına şərbət, novruz! Əğniyalarla quran məclisi-işrət, novruz! Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra Çəkir övladını gördükdə хəcalət, novruz?!
Sayfa 302Kitabı okudu
Bilmirəm
Mən belə esrarı qana bilmirəm, Qanmaz olub da dolana bilmirəm!.. Axtaxana, sağda dana böyüdü, Mən böyük ollam haçana, bilmirəm!.. Derlər utan, heç kəsə bir söz demə, - Həq sözü derkən utana bilmirəm!.. Neyləməli, göz görür, əqlim kəsir, Mən günəşi göydə dana bilmirəm!.. Şiddəti-seylan ilə baran tökür, Bir koma yox, daldalana bilmirəm!.. Derlər utan, hərzəvu hədyan demə, - Güc gətirir dərd, usana bilmirəm!.. Derlər, otur evdə, nədim, kasibəm, Kəsb eləməzsəm, qazana bilmirəm!.. Derlər, a qanmaz, de yıxıl, ol, qurtar! He, balam, doğrusu, ay dadaş, mən dəxi Məsləhət ondan o yana bilmirəm!..
Sayfa 283Kitabı okudu
Ax!... Necə kef çəkməli əyyam idi.
Ax!.. necə kef çəkməli əyyam idi, Onda ki, övladi-vətən xam idi! Öz həqi-məşruni bilməzdi el, Çöhreyi-hürriyətə gülməzdi el, Gözlərini bir kərə silməzdi el, Qəztəyə, jurnalə əyilməzdi el, Daim eşitdikləri övham idi, Ax!.. necə kef çəkməli əyyam idi! ... Bizlər idik xəlqin inandıqları, Piri-hidayət deyə qandıqları, Nur görürlərdi qarandıqları, Bizdə idi cümlə qazandıqları, Kim bize pul vermese bednam idi, Ax!.. necə kef çəkməli əyyam idi! Indi adamlar deyəsən cindilər, Cin nədi, şeytan kimi bidindilər, Lap bizi ovsarladılar, mindilər, Ay keçən əyyam, olasan indilər!.. Onda ki, övladi-vətən xam idi! Ax!.. necə kef çəkməli əyyam idi!
Sayfa 254Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.