Hərbidən Qeydlər

Uraqan

Comments and Reviews

See All
168 syf.
·
Not rated
Bəlkə də biz, qara qələmdən ağ vərəqə axan mürəkkəbtək, kimlərinsə siqaret tüstüsündən çıxan fikirlər idik. Kitab müəllifin hərbidə olarkən yazdığı qeydlərdən, düşüncə və hekayələrdən ibarətdir. Bu kitab mənə yarışma nəticəsində müəllifdən hədiyyə olundu. 2023 kitab planımda 1 həftəyə başqa 7 kitab vardı, lakin bu kitabı 2024ə saxlaya bilmədim, səbrsizliklə oxumağı gözləyirdim və dözməyib oxudum. 2 saata bitirdiyim bu kitabdan çox təsirləndim. Ən sevdiyim bölümlərdən biri "Günəşə məktub" hissəsi idi. Bir əsgərin 1 il 6 ay sevgisinə necə həsrət qalması 2 səhifədə öz əksini tapmışdı. Əsgərlik, 1 il 6 ay keçib gedir deyənlər var, bu kitabı oxuyanda necə çətin günlər olduöunu biraz da olsa anlamış oluruq. Hkayələrə gəldikdə isə, hər üç hekayə ibrətamiz dərs idi. "Doktor Morqerin laboratoriyası"nı oxuyarkən gözümdə canlandırdığım zaman oranı əraf kimi düşündüm, cənnət cəhənnəm, burda bir insan axtarılırdı, yaxşılıqla tanınmış biri. Bu insanı tapdıqda Morqer sevinmişdi istədiyini tapdı deyə, lakin qadın cənnəti deyil də yenidən yaşamağı seçdi. Yenidən yaşayıb daha çox yaxşılıq edərək dünyanı xilas edənlərin bir parçası olmağı... "Mavigözlü mələk" hekayəsində isə müəllif insanlara qərəzli yanaşmamağa səsləyir bizi. Romana gəldikdə isə I Qarabağ müharibəsinin acınacaqlı taleyini yaşamış yüzlərlə ailədən sadəcə bir ailədə əks olunmuş hadisələr göstərilib. Elyasın keçmişi...
Uraqan
Uraqan
Emin
Emin
Hərbidən Qeydlər
Hərbidən QeydlərUraqan · Xan Nəşriyyatı · 201839 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.