Həyata Hə Demək

Viktor E. Frankl

Yorumlar ve İncelemeler

Tümünü Gör
116 syf.
10/10 puan verdi
·
6 günde okudu
Viktor Frankl. Hər kəsin oxumalı və özünə kumir etməli olduğu şəxsdir. 3 il həvs düşərgəsində qalır, işgəncə, zülm görür. Ölümlə üz-üzə dayanır. Hamilə yoldaşını itirir, yoldaşının bətnindəki uşağı itirir, ailəsini itirir, əlyazmalarını itirir, hər şeyini itirir. Və azad olduqdan sonra "Həyata Hə Demək" adlı bir kitab yazır. İnsana həyata tutunmağın vacibliyini və yollarını öyrədir. Çox danışmayacam, oxuyun. Bu arada elə zənn edirəm ki, Viktor Frankl Azərbaycanın məşhur yazıçısı https://1000kitap.com/yazar/i28076-nun kumiridir. Çünki demək olar ki, bütün əsərlərində Viktor Frankla istinad halı görə bilərik. Hələlik, gözəlim...
Həyata Hə Demək
Həyata Hə DeməkViktor E. Frankl · Teas Press Yayınlarl · 202342 okunma
Reklam
240 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Hər kəsə Salamlar Sizə çox bəyəndiyim, tez oxunabiləcək, bol alıntıları içində cəmləyən, dərin mənalı və real hadisələr üzərinə yazılmış dəyərli kitab təqdim edirəm. Viktor F. Psixologiya tarixində loqoterapiyanın banisi kimi tanınan avstriyalı psixiatrdır. O 1942- ci ildə nasistlər tərəfindən əsir götürülərək ölüm düşərgəsinə göndərilir. Bu
Həyata HƏ Demək
Həyata HƏ DeməkViktor E. Frankl · Qanun Nəşriyyatı · 201942 okunma
240 syf.
10/10 puan verdi
Viktor Frankl (1905-1997) psixologiya tarixində loqoterapiyanın banisi kimi tanınan avstriyalı psixiatrdır. Frankl 1942-ci ildə nasistlər tərəfindən əsir götürülərək ölüm düşərgəsinə göndərilir və 1945-ci ilə kimi müxtəlif əsir düşərgələrində yaşamaq uğrunda mübarizə aparıb, həyatda qalmağa çalışır. Bu kitabı da azadlığa çıxdıqdan sonra qələmə alır. Məqsədinin əsir götürülmüş şəxslərin başına gətirilən dəhşətləri əks etdirmək deyil, onların psixoloji vəziyyətini təhlil etmək olduğunu söyləsə də, bundan qaça bilməmişdir. Viktor Frankl həyatın bir mənası olduğunu və bu mənanı tapan şəxsin bütün iztirablara qatlaşa biləcəyini vurğulayır. Lakin onun nəzərdə tutduğu məna individual xarakter daşıyır. Qurduğu və "üçüncü Vyana psixologiya məktəbi" adı ilə tanınan loqoterapiya (logos- məna) da bu düşüncəyə əsaslanır. "Həyata Hə demək" kitabında məhbusların psixoloji vəziyyətinin dəyişilməsi düşərgəyə gəlmə, düşərgədə həyat və azad olunma fazalarına bölünərək ələ alınıb. Məhbusların getdikcə necə ümidlərini itirdiklərini, laqeydləşdiklərini, nəzarətçilərin isə necə insanlıqlarını itirdiklərini bu fazalarla izləyirik. Franklın heyranlıq doğuran cəhəti isə bütün bu dəhşətlər içərisində ümidini itirməmiş insanların və insanlığını itirməmiş nəzarətçilərin mövcudluğunu duyması və onlara köklənməsidir. Müəllif kitabda həyatın mənası ilə yanaşı, azadlıq, nifrət, siyasət, din, incəsənət, fəlsəfə və bir çox müxtəlif mövzulara da toxunur.
Həyata HƏ Demək
Həyata HƏ DeməkViktor E. Frankl · Qanun Nəşriyyatı · 201942 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.