Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası

Muhammed Reyşehri

Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası Gönderileri

Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası kitaplarını, Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası sözleri ve alıntılarını, Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası yazarlarını, Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
600 syf.
10/10 puan verdi
·
10 günde okudu
Xoş oxumalar!
Ensiklopediyanı oxumağı hər kəsə tövsiyə edirəm. Kitabı oxuyandan sonra İmama (ə) qarşı xüsusi simpatiyam daha da artdı. Əlbəttə, İmamı layiqli ifadə edə bilməsəm də incələmə yazmaq istədim və ümidvaram naqis də olsa, oxucular da kitaba qarşı maraq yaradacaq. Əli ibn Əbu Talib (ə) Fil ilindən otuz il sonra (miladi 600), rəcəb ayının on üçü Kəbə
Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası
Həzrət Əli İbn Əbu Talibin (ə) EnsiklopediyasıMuhammed Reyşehri · Bakı, Nurlar Nəşriyyatı-Poliqrafiya Mərkəzi · 20137 okunma
Peyğəmbər (s) buyurub: “Ey Əli, sən də mən yaradılan ağacdan yaradılmısan. Mən onun kökü, sən gövdəsi, Həsənlə Hüseyn budaqları, bizi sevənlər isə yarpaqlarıdır. Kim o ağacın bir yerindən yapışsa, Allah-taala onu Cənnətə daxil edər”.
Uyunu əxbarir-Rza (ə), c. 2, s. 60, hədis 233Kitabı okudu
Reklam
Nauf Bikalidən belə nəql edilir: “Bir gecə Əli ibn Əbu Talibin (ə) yanında qaldım. O, bütün gecəni namaz qılır, hər saat çölə çıxıb göyə baxır və Quran oxuyurdu. Gecənin bir vaxtı mənim yanıma gəlib dedi: “Ey Nauf, oyaqsan, yoxsa yatmısan?” Dedim: “Oyağam, ey Əmirəl-möminin, səni izləyirəm”. Buyurdu: “Dünyada zahidlik edib axirətə rəğbət bəsləyənlərin xoş halına! Onlar o kəslərdirlər ki, yeri yataq, torpağı xalça, onun suyunu şərbət, Quranı və duanı geyim ediblər, dünyadan İsa ibn Məryəm (ə) kimi qırılıblar”.
Sayfa 467 - Əl-Xisal, s. 337, hədis 40Kitabı okudu
İmam Əli (ə) Quranın dili ilə.
“Və öndə olanlar, öndə olanlar! Onlar (Allaha) yaxın olan kimsələrdir”. (Vaqiə surəsi, ayə 10-11) “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satar (canından keçər) Allah bəndələrinə qarşı çox mehribandır.” (Bəqərə surəsi, ayə 207) “Mallarını gecə və gündüz, gizlin və aşkar (yoxsullara) xərcləyənlərin Rəbbi yanında böyük mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.” (Bəqərə surəsi, ayə 274)
İmam Əlinin vəsiyyətindən bir hissə.
İmam Əli (ə) məlun ibn Mülcəm tərəfindən zərbətləndikdən sonra imam Həsən (ə) və imam Hüseynə (ə) etdiyi vəsiyyətdə buyurur: “Sizə təqvalı olmağı və dünya sizi axtarsa da, sizin onun arxasınca düşməməyinizi tövsiyə edirəm. Haqqı deyin və (axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma arxa olun! Sizə, bütün övladlarıma, ailəmə və məktubum çatacaq hər bir kəsə təqvalı olmağı, işlərinizi qaydaya salmağı və aranızda barışıq yaratmağı vəsiyyət edirəm. Həqiqətən, mən sizin cəddinizin (s) belə buyurduğunu eşitmişəm: “(İnsanlar arasında) barışıq yaratmaq bütün namaz və oruclardan yaxşıdır”. Yetimlər barəsində Allahdan qorxun, Allahdan qorxun! Məbada onları gah ac, gah da tox saxlayasınız və sizin yanınızfa məhv olsunlar!”
Sayfa 403 - Nəhcül-bəlağə, 47-ci məktubKitabı okudu
Reklam
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.