Sanki uzun müddətdir ki, psixoloji seanslar qəbul etmişəm kimi hiss etdim...
Adətim üzrə Doğan Cüceloğlunun kitablarını asta templə, mahiyyətinə vararaq oxumaq düz iki ayımı aldı, amma əvəzində çox qatqısı oldu. Əksər gənclər üçün, hətta yaşlılar üçün olduqca faydalı kitab olduğunu düşünürəm. Hər birimizin içində bir uşaq var, lakin o uşaq hansı vəziyyətdədir, illərdir təkredilib, utanç içində yaşamağa məhkum olunub? Yoxsa, içimizdəki ana-ata ilə birgə olduqca şəndir ?
Bəs bütün bunların bizim psixologiya və əhvalımıza nə təsiri var ?
Bu suallara isə kitabı oxusanız cavab tapa bilərsiniz.