İdeal Müəllim

Grigory Petrov

Comments and Reviews

See All
52 syf.
8/10 puan verdi
·
Read in 1 hours
"Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər." (M.K.Atatürk) Grigory Petrovun bu əsərindəki müəllim obrazı-Raçinski bu sözlə necə də bütünləşir…Kitabda sözün əsl mənasında ideal müəllim obrazı ilə qarşılaşırıq. Rusiyanın tanınmış botanik-riyaziyyatçısı Sergey Raçinski ölkəsindəki problemləri həll etmək ümidi ilə çətin bir qərar qəbul edir.Rusiyanın elmi-texniki sahədə inkişafdan geri qalması,əyalətlərdəki cahillik,savadsızlıq onu bu problemləri analiz və həll etməyə sövq edir.Bir ziyalı kimi düşünür və universitetdəki işindən istefa verərək,öz doğulduğu kəndə-Tatevoya qayıdır və istedadlı şagirdləri kəşf edir,onların həyatlarına toxunur.Raçinski öz amalını belə izah edir: "Kömür,duz,dəmir öz-özünə yerin üstünə çıxa bilməz.İnsan yeri qazaraq onu üzə çıxara bilər.Bunun üçün mən də xalqımızın ağıl və vicdanında basdırılmış və gizli qalan qiymətli cəvahirləri ortaya çıxarmaq üçün doğulduğum kəndə gedirəm." Kitabın kiçik həcmli olmasına baxmayaraq ,1800-cü illər Rusiyası güclü analiz edilib.Rus xalqının içkiyə,əyləncəyə olan meylləri və bunun altında yatan səbəblər,eyni zamanda həll yolunun yalnız təhsildə,özünü inkişaf etdirməkdə və fədakarlıqda olduğu qeyd edilir. Təhsil sahəsində çalışan,peşəsini sevən və hörmət edən hər bir müəllimə,həmçinin uşaq yetişdirən hər bir valideynə oxumağı tövsiyə edirəm.
İdeal Müəllim
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20176.2k okunma
Reklam
47 syf.
·
Not rated
·
Liked
İdeal müəllim... Universitet professoru Raçinski tələbələri tərəfindən sevilən, hörmət edilən eyni zamanda son dərəcə istedadlı müəllim idi. Riyaziyyat sahəsində dərin elmi biliyə və yüksək savada malik idi. Geniş hüdudları olan elm dünyasında yolunun açıq olacağına, gələcəyinin parlayacağına heç kimin şübhəsi yox idi. Bəs bu məziyyətlər ideal
İdeal Müəllim
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20176.2k okunma
47 syf.
8/10 puan verdi
·
Liked
Müəllim
Bir insan, sözün əsl mənasında canlı şam kimi deyilmi? Əgər bu şam yanmasa, ətrafı aydınlatmasa, insan həyatının qiyməti nədir? Siz də görürsünüz ki, Rusiyada milyonlarla yanmayan şam var!
İdeal Müəllim
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20176.2k okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.