Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İnsan Ədalətinin Səsi. Əli(ə) və İnsan Hüquqları

İmam Əli

George Jordac

Sözler ve Alıntılar

Tümünü Gör
Əlinin özü bu qədər pak və mehriban olduğu halda, ətrafındakıların hiylə və kələk girdabında batdıqlarını ehtiva edən qiymətli kəlamların nə qədər böyük qəm-qüssə ifadə etdiyi insanı bərk sıxır.
“Zaman keçdikcə tarix həqiqətləri üzə çıxaracaqdır. Tarix Əlinin böyük ruhunun doğruçu şahididir. Əli haqq yolunun şəhidi, insan ədalətinin səsidir, Şərq və Qərbin keçmişdə və bu gün şahidi olmadığı yeganə şəxsiyyətdir.”
Reklam
Əli (ə) heç bir halda saxta olmamışdır.
Qərəzli insanlar ona qarşı hiylə işlədə, yaltaqlar isə onun diqqətini özlərinə cəlb edə bilmirdilər. Hiyləgərlərin və yaltaqların Əliyə (ə) qarşı bütün planları alt-üst olduğu üçün onu daşürəkli, rəhimsiz, kobud və təkəbbürlü adlandırmışlar. -Bütün davranışları daxili təbiətini əks etdirmişdir, süniliyə, aslılığa, riyakarlığa, təkəbbürə az da olsa, yol verməmişdir.
Məzlumların və çarəsizlərin hüquqlarının müdafiəçisi.
“Allaha and olsun ki, göylərin altında olan hər şeyi yeddi iqlimlə birlikdə mənə verib bir qarışqanın ağzından arpa qabığını almağımı, bununla Allaha itaətsizlik etməyimi istəsələr, yenə də etmərəm”. İmam Əli (ə)
Zaman və məkana göstəriş verən, lakin öz əllərilə dəyirman daşını fırladıb dən üyüdən, hazırladığı quru çörəyi yeyən, ayaqqabısına yamaq vuran, az-çox dünya malı yığıb ehtiyat üçün dar günə saxlamayan əmir və xəlifə haqqında nə bilirsən?
Yoxsulluq küfrə yaxındır.
Əlinin (ə) başladığı nöqtə əxlaqi dəyərlərin ən yüksək zirvəsinə çatdırmaq istədiyi insanları çörək, su, geyim və mənzillə təmin etmək olmuşdur. Başqa sözlə desək, başlanğıc nöqtə Əlinin (ə) mənəvi saflığa dəvət etdiyi insanları məişət vasitələri ilə təmin etmək olmuşdur.
Sayfa 110Kitabı okudu
Reklam
"Bir qrup insan Allaha umaraq ibadət edir. Bu, tacirlərin ibadətidir. Bir qrup Allah qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. Bir qrup Allaha şükür və təşəkkür etmək üçün ibadət edir. Bu, azad insanların ibadətidir."
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.