Dünyanın ən tirajlı yazıçılarından olan Çingiz Abdullayevin “İnsan ovu” detektiv romanı iki superdövlət rəhbərləri – Qorbaçov-Reyqan-Buş – arasında 1988-ci ildə keçirilən tarixi görüşə hazırlanan sui-qəsd və onun qarşısının alınmasından bəhs edir. Bu siyasi-detektivdə müəllifin digər əsərlərindən tanıdığınız Dronqonun növbəti şücaətləri əksini tapıb. Roman real və məxfi informasiyalar üstündə qurulan kəskin, dramatik süjetə malikdir.