Akademik araşdırma heyəti:
“İnsanlığın İftixarı Həzrət Məhəmməd (s.a.s.)-1” adlı bu əsər duyğu, düşüncə, elm,
məna və ruhda insanlığın görüb görəcəyi ən möhtəşəm mədəniyyətin qurucusu, varlığın mənası və əsası, yaradılış ağacının meyvəsi, Kainatın Fəxri Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) ən böyük Nəbi və Rəsul olması ilə yanaşı, Rəbbin ən təvazökar qulu,mükəmməl dövlət adamı, məğlubedilməz lider, misilsiz tərbiyəçi və rəhbər kimi xüsusiyyətlərini nəsillərə tanıdır.
Əgər bəşəriyyət Onu tanısaydı, Məcnun olub yollara düşərdi, qəlblər Onun yadi-cəmili (xoş xatirəsi) ilə həsrətdən sızla yar, gözlər yaşla dolardı. Və bəşər Onun pak səmtinə, peyğəmbərlik dünyasına, tərtəmiz iqliminə girə bilmək üçün ürpərər, Onun eşqinin atəşi ilə yanan qəlbinin külləri cana gəlsin deyə ruzigarın önünə atılar və elə hey Ona doğru sovrulardı.