İslam İman İbadət

Osman Nuri Topbaş

İslam İman İbadət Sözleri ve Alıntıları

İslam İman İbadət sözleri ve alıntılarını, İslam İman İbadət kitap alıntılarını, İslam İman İbadət en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz." (Al-i İmran, 5)
"Kim Rəbb olaraq Allahı, din olaraq İslamı, Peyğəmbər olaraq Məhəmmədi qəbul edib, razı qaldım deyərsə, cənnət ona vacib olar." (Əbu Davud, Salat, 36, Tirmizi, Salat, 42)
Reklam
"Təəssüflər olsun! Artıq eşqin vəcd və həyəcanı qalmadi... Artiq müsəlmanların damarlanındakı qanı belə, qurudu. Namazlara baxın: sıralar əyri, səcdələr ruhsuz, qəlbdə rahatlıq yox! Daxildən gələn o ilahi cəzb həyəcanı qeyb olmuş!.." "Ey eşq! Ey könlümüzün dəruni mənası! Ey əkdiyimiz toxum! Ey biçdiyimiz məhsul! Düşdüyümüz vəziyyətə bir bax, təbiətcə torpaqdan olan insanlar indi dəyişdilər. Bizim palçığımızdan indi tamamilə başqa və bizə yad olan bir insan əmələ gəldi!.."
"Allaha və peyğəmbərinə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" (ən-Nisa, 69)
Sayfa 119Kitabı okudu
Doğrudan da, İslam tövhidlə bu fani aləmə elə bir "Allaha qovuşmaq" sevinci gətirib ki, bəşər üçün bundan daha böyük mənəvi zövq yoxdur. Elə bir sevinc ki, istiqbalin, yəni ölümdən sonrakı bütün həzz və sirlər onun könüldəki təzahürünə bağlıdır. Səhabələr və onların yolu ilə gedən xoşbəxt insanlar İslama bu sevinc - Allaha qovuşmaq eşqi ilə sarılaraq, canlarını və mallarını əsirgəməmiş və bəşər Övladının bacarığı nisbətində olan bir güclə, Allah və onun Rəsulunun yolu ilə, yəni doğru yolla getmişlər..
"Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan Əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan kəs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır." (an-Nisa, 136)
Sayfa 129Kitabı okudu
Reklam
172 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.