İvan İliçin Ölümü

Lev Tolstoy

Comments and Reviews

See All
96 syf.
9/10 puan verdi
Hər vaxtınız kitab dostlar! Bu gün dünya klasiklərinin ən gözəl nümunələrindən birini, "İvan iliçin ölümü" əsərini müzakirə edəcik. Bu əsər Tolstoy yaradıcılığının necə parlaq olduğunu bir dəfədə oxuculara sübut edir.)) Əsər İvan İliçin ölümündən, son günlərində çəkdiyi əzab və pisixoloji sarsıntısından bəhs edir. Həyatın qanunu hər
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845.8k okunma
Reklam
96 syf.
·
Not rated
·
Liked
Bir Tolstoy şah əsəri daha.. Tolstoy bu əsərində insanın həyatı və ölümü sorğulamasından bəhs edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi İvan İliçdir. Cavan vaxtlarında şən, həyatı dolu-dolu yaşayan insan olmasına baxmayaraq, iş həyatında və ailə seçimində yanlışlar edir. Əsəri oxuyarkən ilk başlarda da fərqinə varırıq ki, İliçin evlilik həyatında atdığı səhv addımlar və həyatında yanlış insanların olması, yaşamını mənasızlaşdıran başlıca ünsürlərdir. Bir gün İvan heç kimin baş aça bilmədiyi xəstəliyə düçar olur. Bundan xəbərdar olan İvanın tanışları normal həyatlarına davam etmək üçün onun ölümünü gözləyirlər. Heç kimin İvanı anlamaması onu özünü,həyatını və ölümünü sorğulamağa vadar edir. Ölümcül xəstəliyə tutulan İvanın tək istədiyi onu həqiqətən anlayan və ölümünə kədərlənən birilərinin olması idi. Əslində əsər vasitəsiylə Tolstoy həyatımızın mənasını başqa yerlərdə, pulda, əşyalarda, şöhrətdə yox da təbiətdə, dostluqda, ən əsası özümüzdə axtarmalı olduğumuzu mesajını verir. Həyatınınız mənasını özünüzdə tapmanız diləyilə, xoş mütaliələr... <3
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845.8k okunma
96 syf.
·
Not rated
·
Read in 18 hours
Lev Tolstoyun yaradıcılığının ən parlaq nümunələrindən biridə İvan İliçin ölümü əsəridir. Bu əsər mənə insanaları anlamağımda çox yardımcı oldu. Ağır xəstə birinin yaşmaq istəyi, eyni zamanda da ağrı və əzaba dözə bilməyib ölümü arzulmağı, sağlam insanlara necə paxıllıqla baxmağı çox təsirli şəkildə əks etdirilmişdir. O bu ağır xəstəliyi boyunca öz həyatını, necə yaşadığını xatırlamağa çalışırdı, elə bu zamanda anlamışdı ki ən xoşbəxt anları uşaqlıq vaxtları idi, sonradan əldə etdiyi uğurların, o can atdığı varlı cəmiyyətin heç bir mənası olmadığını anlayırdı. Və verdiyi səhv qərarların həyatına necə təsir etdiyini başa düşürdü. Xəstəliyi boyunca ona ən təsir edən öz yaxınlarının yalan danışmaığı idi. Bu elə bir yalan idi ki, özüdə inanmaq istəyirdi. Sağalacağına, təkrar əvvəlki kimi güclü, gözəl halına qaydacağına inanadığı yalan. Halbuki heç kimin gərçekləri deməyə cəsarəti olmadı. Hərkəs onun öləcəyini qəbullanmışdı və ondan sonra necə olacağını, iş yerində onun yerini kimin tutacağını belə müzakirə edirdilər. İvan İliç yaşamının son saatlarında həyat yoldaşına, övladlarına yazığı gəldi, onlara verdiyi bu əziyyəti sonlandırmaq istəyirdi. "Ölüm qutardı. Daha ölüm yoxdur." Deyərək son nəfəsini verdi. Bu əsər Uzun müddət təsirində çıxa bilməyəcəyim əsərlərdən biri oldu.
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845.8k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.