..illərlə gəminin sükanı arxasında dayanan sükançı birdən-birə hardansa gəlib onu itələyərək sükanı əlindən alan kobud və güclü adamdan gəmi heyətinə şikayət edir. Hamı bir-bir gəlib təzə sükançıya, onun sükan arxasında dönməz və qətiyyətli duruşuna baxıb, beləcə də dinib-danışmadan öz yerlərinə qayıdırlar. Beləcə, kütlə üçün sanki onun üzərində kimin hökmranlıq etməsinin fərqi yoxdur. Cilov nə qədər sərt və möhkəm əldədirsə, kütlə bir o qədər asan ram olur
Franz Kafka sevdiyim yazıçıların ilk sıralarındadır; o qədər özəl, o qədər dərin .. və bu kitab da sadecə Kafka’nın həyat, yaradıcılığı, qələmə aldığı əsərlərin geniş təhlilinin doğru istiqamətlərindən bəhs edir. Bir ‘Amerika’ əsəri xaric, adı çəkilən digər əsərlərini oxumuş olmağımın mənə verdiyi qüruru bütün ruhumla hiss etdim.. Oxuduqca ustad - Əlisa Nicatla söhbət edirmiş kimi hiss etdim; sevdiyim müəllif və əsərləri haqqında düşüncələri ilə tanış olub, Kafkalı bir ruh ‘səyahəti’nə çıxdım.
Və kitab müəllifin müxtəlif zamanlarda qələmə aldığı esselərdəndən ibarətdir.
Səhifə keyfiyyəti, qapağın bu estetik dizaynını da ayrıca sevdim, necə deyərlər tam da əziz naşir Yusif İlhamoğluna layiq bir kitab olub. Əhsən!
Və son olaraq vurğulamalıyam ki, ustad deyir; “ hər kəs Kafka ola bilməz :) bəzi ədəbiyyat adamlarımızın yerinə, elə kaş Azərbaycandan da tək bir Kafka çıxardı. “ və bu fikri də təsdiqləyirəm.
- Gözəl yaşayın, ustad ..
Kafka və mənƏlisa Nicat · Çapar Yayınları · 06 okunma
Məhəbbət haqqında da, təbiət haqqında da romanlar yazmaq olar, lakin onlar həyatı tam əhatə edə bilməyəcək. Çünki həyat məhəbbət prosesi deyil, yaşamaq meydanı, xalq demişkən, can bazarıdır.
Yeri gəlmişkən, kaş içində Anar, Əkrəm Əylisli, Elçin və başqaları da olan və XX əsrin 30-90-cı illərini əhatə edən dövrdə yaranmış bütün Azərbaycan ədəbiyyatı nümunələri olmayaydı, əvəzində “Mühakimə” və ya “Qəsr” kimi romanımız olaydı.