“Kapitan Qrantın uşaqları” romanı bir əsrdən çoxdur ki, macəralara can atan gənc nəsillərin ədəbi-ruhi qidasına, ideya qaynağına çevrilmiş, dünyagörüşünə böyük təsir göstərmişdir.
“Dunkan” gəmisi ilə dəniz səyahəti zamanı ovlanan çəkic balığının mədəsindən tapılan sirli şərab şüşəsi ucu-bucağı görünməyən macəralar aləminə yol açır. Cəsur, fədakar Qlenarvan ailəsi, kapitan Qrantın övladları və dostları şüşədən çıxan sənəd əsasında 37-ci paraleldə gəmi fəlakətinə uğramış dənizçilərin axtarışına çıxırlar.
Cənubi Amerika, Avstraliya, Yeni Zelandiyada kapitan Qrantı və iki matrosu axtaranların başlarına gələnlər ağlasığmaz dönüşlərlə dolu kəskin süjet xəttində təqdim olunur.