Tahmini Okuma Süresi:
4 sa. 32 dk.
Sayfa Sayısı:
160
Basım Tarihi:
2024
ISBN:
9789952849806
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·160 syf.··
2024 18. kitabı
Əsərdə dünyanın, həyatın və insanlığın dəyərlərini qorumaq üçün hər şeyi gözə alan Ninin mübarizə yolundan bəhs olunur. Əsərdəki insanlıq hər daim texnologiyanın onlara verdiklərini az görərək daha çoxuna sahiblənmək istəyir. Lakin, təəssüflər olsun ki, bu axtarış, bu "gözü doymamaq" insanların, insanlığın, yaşıl dünyanın məhvinə səbəb olur. Yazıçı robotlaşmış dünyanın faciəli sonunda belə öz mübarizəsindən əl çəkməyən, ümid və iradəsi bir an sarsılmayan, ağıl və qəlbini öz yoluna məşəl edən qəhrəmanın obrazında dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkir. Kitab elmi-fantastik janrda olub, uşaq ədəbiyyatına aid olmasına baxmayaraq hər bir yaş kateqoriyasının oxumalı olduğu mövzuya toxunur. Əlbəttə ki, yeni böyüyən uşaqların, gənclərin dünyanın sərvətlərinin, dəyərinin, gözəlliklərinin fərqində olması üçün oxuması daha məqsədə uyğundur. Halbuki unutmaq lazım deyildir ki, dünyanımızı bir çox sahədə məhv edən, gözəlliklərindən aşındıran elə məhz böyüklərdir. Kitabı oxumağı hər birinizə tövsiyə edirəm, məncə heç bir şey itirməyəcəksiniz, əksinə bu kitabda bir çox dəyərimizə sahib olmalı olduğumuzun fərqinə varacaqsınız. Hər kəsə xoş və davamlı mütaliələr...
Duygu ve Düşünce
KapsulƏziz Sultan · 202418 okunma
Kapsul
Puan vermedi·160 syf.··
2024 7. kitabı
·
52 günde okudu
·
Okunma: 21 Ağustos 2024 20:34
Salam mən bu kitabı çox bəyəndim. Bu kitabı hamıya tövsiyə edirəm.Bu kitabda başqa bir planetdə olan hadisələrdən danışılır.Bu kitabda insanlarda texnologiya çox təkmilləşib.Sonra isə onlar robotları düzəldirlər və robotlar bu dünyanı ələ keçirir və qəhramanımız Nin bu dünyanı xilas etmək istəyir.
KapsulƏziz Sultan · 202418 okunma
Reklam