Kaş Unudaydım

Jose Eduardo Agualusa

Kaş Unudaydım Yorumları ve İncelemeleri

Kaş Unudaydım yorumları ve incelemelerini, Kaş Unudaydım kitabı hakkındaki okur görüşlerini , Kaş Unudaydım puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.610 üzerinden
287 Kişi · 61 İnceleme
176 syf.
·
Puan vermedi
Kaş...
Salam, əziz 1000kitap ailəsi. Bugün sizinlə uzun müddətdir oxumaq istədiyim və sonunda vaxt tapıb oxuduğum Joze Eduardu Aqualuza'nın "Kaş unudaydım" kitabının incələməsini bölüşəcəm. Öncəliklə onu deyim ki, kitabda məni ilk cəlb edən üzqabığı oldu. İlk dəfədir bir kitabı üzqabığına baxıbda oxumağa qərar verirdim. Keçək kitabın
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019821 okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Ludunun yeniyetmə vaxtlarında onun həyatı boyu yaddaşında və psixologiyasında dərin izlər qoyan 1 bədbəxt hadisə baş verir. Daha sonralar bu hadisənin nəticəsi kimi Ludu dünya aləmdən təcrid olunmuş, içinə qapanıq şəkildə yaşayır. Psixi sarsıntılar keçirən Ludu ətraf aləmdəki hər bir şeydən qorxurdu. Böyük bacısı Odett hər daim onun qayğısına
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019821 okunma
Reklam
176 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərdə hadisələr başlanğıcını XX əsrin 70-ci illərindən götürür və 2012-ci ilə qədər Anqolada baş verir. Portuqaliyadan Anqolaya köçən baş obrazımız 70-ci illər inqilabı zamanı ailə üzvlərini itirir və dünyadan təcrid olunmuş halda yaşamağa başlayır. O, bu illər ərzində çox çətin vəziyyətlərə düşür və başına gələnlərini əvvəlcə gündəliklərə, sonra isə evin divarlarına qeyd edir. Əsərin sonu isə gözlədiyimdən fərqli bitdi. Maraqlı, axıcı bir əsər idi, bəyəndim
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019821 okunma
176 syf.
·
Puan vermedi
·
3 günde okudu
Məxsusi olaraq Anqolaya aid olmasa da, Afrikada mövcud olmuş və qalıntıları hələ də davam etməkdə olan müstəmləkəçiliyə aid romanlar oxumuşam, az-çox bu əsərdə də eyni tendensiya davam edirdi, cahillik, yalan və doğrunun kəsişməsi, fərqlənən insanların liderliyində qızışan mübarizə və sairə. Müəllifin üslubunda isə bəyəndiyim nüans həm qısa məlumat verirmiş kimi üzdən keçməsi, həm də yaratdığı bütün personajları rəngarəng etməsi idi. Əsas bəyənmədiyim isə o oldu ki, qısahəcmli olmasına baxmayaraq əsərdə çoxlu personaj var və hər birinə aid hekayələr qısa verilsə də sonda bir yerə bağlandığından kimin kim olduğunu qarışdırmağa başladım. Fikrimcə, qısahəcmli əsərlərdə çox personajın olması oxucunu əsərə tam bağlaya bilmir, ya əsəri geniş götürməlisən, ya da az personajla nisbətən dərin xarakterizə etməklə verməlisən. Ümumi olaraq gözləntimi qarşılamasa da, düşünürəmki ağır romanlardan sonra "çərəzlik" oxumaq olar.
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019821 okunma
176 syf.
·
Puan vermedi
·
5 günde okudu
Ludunun yeniyetmə vaxtlarında onun həyatına böyük təsiri olan hadisə baş verir və bu hadisədən sonra o Dünyadan özünü təcrid edərək özünə qapanıq bir formada yaşamağa dəvam edir.Ludunun böyük bacısı Odett bütün çətinliklərdə onun yanında olur və qayğısına qalır. Qısa müddət sonra Odett Anqolalı gənc Orlandu ilə evlənir. Və Odett bacısını də özüylə birlikdə Anqolaya yaşamağa gətirir.Bir müddət sonra Anqolada Vətən müharibəsi başlayır və onlar qurduqları gözəl xəyalları gərçəkləşdirməyi ümid edərkən Ludu onlardan xəbər ala bilmir.Çıxış yolu tapa bilməyən yalnızlıqdan və ətrafdakı əsartçilərdən qorxan Ludu evin qapısını divar hörərək nə az nə çox 30 ildən çox evdə tək yaşamağa məcbur olur.Ta ki bir şəxsin eyvandan evə girdiyi günə qədər..... Əsər əslində qarışıq və parçaları çox olan puzzle bənzəyir, beynində müəyyən ardıcıllıqla hadisələri sıralananda anlayırsan əsərdəki məzmunu.Zənnimcə 2 sual çıxır ortaya unutmağı öyrənməkmi daha çətindir? yoxsa,unutmağa məhkum olaraq yaşayaraq ölməkmi?
Kaş Unudaydım
Kaş Unudaydım
Jose Eduardo Agualusa
Jose Eduardo Agualusa
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019821 okunma
Reklam
57 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.