Məxsusi olaraq Anqolaya aid olmasa da, Afrikada mövcud olmuş və qalıntıları hələ də davam etməkdə olan müstəmləkəçiliyə aid romanlar oxumuşam, az-çox bu əsərdə də eyni tendensiya davam edirdi, cahillik, yalan və doğrunun kəsişməsi, fərqlənən insanların liderliyində qızışan mübarizə və sairə. Müəllifin üslubunda isə bəyəndiyim nüans həm qısa məlumat verirmiş kimi üzdən keçməsi, həm də yaratdığı bütün personajları rəngarəng etməsi idi. Əsas bəyənmədiyim isə o oldu ki, qısahəcmli olmasına baxmayaraq əsərdə çoxlu personaj var və hər birinə aid hekayələr qısa verilsə də sonda bir yerə bağlandığından kimin kim olduğunu qarışdırmağa başladım. Fikrimcə, qısahəcmli əsərlərdə çox personajın olması oxucunu əsərə tam bağlaya bilmir, ya əsəri geniş götürməlisən, ya da az personajla nisbətən dərin xarakterizə etməklə verməlisən. Ümumi olaraq gözləntimi qarşılamasa da, düşünürəmki ağır romanlardan sonra "çərəzlik" oxumaq olar.