Kerri Bacı

Theodore Dreiser

Comments and Reviews

See All
472 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 30 days
"Kerri bacı"
Kerri işləmək üçün Çikaqodakı bacısının yanına gəlir. Çətinliklə iş tapır. Bir neçə ay işlədikdən sonra o xəstələnir. Daha sonra o Çikaqoya gəlmək üçün mindiyi qatarda tanış olduğu Drue ilə rastalışır. Drue ona bacısıgildən köçməyi təklif edir. Daha sonra Kerri Drue ilə birgə yaşayır. Drue bir gün bar müdiri olan dostu Hertsvudu Kerri ilə tanış edir. Hertsvudun ilk görüşdə Kerridən xoşu gəlir. Daha sonra Kerri ilə Hertsvud sevgili olurlar. Bundan xəbər tutan Drue olə Kerri arasında münaqişə olur. Həmçinin Hertsvudun arvadıda ərinin onu aldaddığını öyrənir. Hertsvud arvadı ilə münasibətini bərpa edə bilməyəcəyini qət edir. O işlədiyi bardan on min dollar pul oğurlayıb Kerrini də aldadıb onunla birlikdə Çikaqodan qaçır. Daha sonra oğurladığı pulun yeddi min dollarını qaytarır. Kerri ilə Hertsvud Nyu-Yorkda bir neçə il birgə yaşayırlar. Daha sonra Hertsvudun pulu qurtarır və Kerri təkbaşına teatrda işləyib evin xəclərini ödəyir. Hertsvud əvvəllər iş tapmağa çalışır daha sonra bundan əl çəkir. Gün getdikcə Kerri onu bəyənməməyə başlayır. Həm də bu zaman o məşhur aktrisaya çevrilməyə başlayır. Ən sonunda Kerri Hertsvudu atır və aktrisa yoldaşı Lola ilə bir otaq tutub yaşayır. Kitabın sonlarında Kerri Druedən də, Hertsvuddan da varlı və hörmətli olur. O çox məşhur aktrisalardan birinə çevrilir. Hertsvud sonda özünü öldürür
Kerri Bacı
Kerri Bacı
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2006602 okunma
Reklam
540 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 5 days
Bir çox kitabları daha kiçik yaşlarda mütaliə etmişəm, dolayısı ilə duyğusal olaraq dərindən anlamamışam bəlkə də mövzunu. Amma "Kerri Bacı" əsərini yeniyetməlik dövrümün ən dalğalı vaxtında oxumuşdum. Yazıçı çox axıcı bir dillə qəhrəmanının duyğu vəziyyətini, cahil cəsarətini anladır. Və illər sonra həmin əsərə yenidən nəzər salanda başa düşürsən ki, səni həyatda irəliyə, xoşbəxtliyə götürəcək olanlar həvəsi qırılmamış cəsarətin və təcrübələrlə sınanmış ağlındır. Amma təəssüflər olsun ki, həyat ağıllı insanı yetişdirmək üçün iradəsini zorlayır, dəfələrlə cəsarətini qırır. Nəticədə ağıllı, lakin həyəcanını itirmiş yetişkinlərə çevrilirik
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014602 okunma
540 syf.
10/10 puan verdi
·
Read in 12 days
Bir insanın sıfırdan zirvəyə yüksəlişi,digərinin isə zirvədən sıfıra düşməsi. Kerrinin timsalında bir daha görürük ki, həyat nankor, dünənini unudan insanların üzünə gülərək onlara heç də layiq olmadıqları maddi rifahı və şöhrəti qazandırır. Ancaq bu, onlara, yolun sonunda səninlə sadəcə puluna görə dostluq edən, sırf şöhrətli biri olduğun üçün
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014602 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.