Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kim Nə Götürdü?!

Baba Pünhan

Sözler ve Alıntılar

Tümünü Gör
Yoxdan gələni var elədim, mən nə dedim ki?! Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?! Məzlumlara qan udduran alçaqları bir-bir, Söz udmağa vadar elədim, mən nə dedim ki?! Xofdan əyilib bütpərəs olmuşlar önündə, Qansız bütü inkar elədim, mən nə dedim ki?! Allahı unutmuşlara xatırladan oldum, Qafilləri hüşyar elədim, mən nə dedim ki?! Tərk eylədi şeytan bu könül mülkünü getdi, Haqqımla yerin dar elədim, mən nə dedim ki?! Can verdi Xuda, amma ki, eşq istədi məndən, Yoxdur deməyə ar elədim, mən nə dedim ki?! Gördüm ki, pul üstündə bu dünyanı tuturlar, Dünyanı xəbərdar elədim, mən nə dedim ki?! Haqqın özün axtardım onun qəbrini tapdım, Amma sözün aşkar elədim, mən nə dedim ki?! Pünhan, mən əməl dəftərini şerə çevirdim, Yəni onu təkrar elədim, mən nə dedim ki?!
2 avqust, 2002Kitabı okudu
Əsrlər itirdik illər içində, Qanqallar bitirdik güllər içində, Çaqqallar dolanır ellər içində, Aslanlar, pələnglər, daş qəfəsdədir, “Bakının dərdi var, Bakı xəstədir”.
Sayfa 119Kitabı okudu
Reklam
Sabira, qalma nigaran ki, müsəlman oxumur, Fələyin çərxi dönüb, indi müsəlman oxuyur. Tənələrdən yorulub, dəngəsər olmuş kişinin, Özü bir yanə, qızı-arvadı üryan oxuyur. Elə ki, bir qədər ətdəndi cumur mikrofona, Sanki sübh dan sökülür, hindi xoruz ban oxuyur. Ad alan kəs neçə ton astadan ifa eləsə, Ad verən də o qədər tonda yuxardan oxuyur. O zamandan ki, Vətən qeyrəti tərpətdi bizi, Bax o gündən elə qız tərpənir, oğlan oxuyur. Qız-gəlin namusu tapdaqların altında ikən, Hansı haqq ilə çalıb Azərbaycan oxuyur?! "Şahmənəm" operasın sən demə BUŞ bəstələyir, "Daşnak"ın partiyasın burda Köçəryan oxuyur. Ehtiyac şir kimi oğlanları fağır eləyib, Tülkü fitvasına çaqqal şirə meydan oxuyur. Şükr elə Tanrıya, Pünhan, bu çətin gündə səni, Kimi dildə, kimi əldə, kimi pünhan oxuyur
15 mart, 2003Kitabı okudu
İllər pillə-pillə düşür ömürdən, Gənclikdən şirin bir xatirat qalır. Ürək bir gün susur, deyil dəmirdən, Dünyada insana təmiz ad qalır.
Bu sinəm dağına əl dəymə Vətən dağıdı bu, Bu dağın lalələrin əzmə şəhid bağıdı bu. Get çadır şəhrinə dinlə ana laylalarını, Görginən ki, ana laylasıdı ya ağıdı bu?
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.