Kateqoriyası uşaq kitabı olaraq verilsə də, yaş limiti verilməyib. Yaş limiti olsaydı, hərhalda 3-5 yaş aralığı olardı. 3-5 yaş aralığındaki uşaqlarla duyğuları müzakirə etmək və onlara duyğuları öyrətmək üçün maraqlı ola bilər.
Rəsm albomu ölçüsündə böyük bir kitabdır. Tamamı şəkillərdən ibarətdir. Hər iki səhifədən bir sadəcə bir cümlə var. Hər cümlə bir duygu haqqındadır. Cümlələr, "Neşe, trampolinde zıplar", "Şükran, sıcak tutar", "Sukunet, bir köpeği sever." kimi ifadə edilmişdir.
P.S. Eləmədim təmbəllik, cümlələri saydım. Cəmi 37 cümlə var.