Kimyagər

Paulo Coelho

Kimyagər Gönderileri

Kimyagər kitaplarını, Kimyagər sözleri ve alıntılarını, Kimyagər yazarlarını, Kimyagər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Varlığımızın hansısa anında biz öz həyatımıza nəzarəti itiririk və bundan sonra həyatımızı tale idarə edir.
Günəş'in məhəbbəti
Buradan mən Dünya Ruhunu görürəm. O mənim ruhuma müraciət edir və biz birlikdə otları göyərdir, qoyunları kölgə axtarmaq üçün bir yerdən başqa yerə aparırıq. Sizin dünyadan çox uzaq olan buradan mən sevməyi öyrənmişəm. Bilirəm ki, azca Yerə yaxınlaşsam, ordakı bütün canlılar öləcək və Dünya Ruhu daha mövcud olmayacaq. Biz uzaqdan bir-birimizə baxır və uzaqdan bir-birimizi sevirik. Mən Yerə həyat və istilik, o isə mənə - varlığının mənasını verir.
Sayfa 194Kitabı okudu
Reklam
<<Əgər mən hərdən şikayət edirəmsə, eybi yoxdur, axı mən insan ürəyiyəm, bu mənim xüsusiyyətimdir. Biz hamımız ən əziz arzularımızın baş tutmasına qorxuruq, çünki bizə elə gəlir ki, onlara layiq deyilik, yaxud da onları heç zaman həyata keçirə bilmərik. Biz insan qəlbiyik, ona görə də həmişəlik ayrılan sevgililəri, xoşbəxt yaşaya biləcəyimiz, amma yaşamadığımız anları, tapa biləcəyimiz, lakin qumun altında qalan, tapmadığımız xəzinəni düşünəndə, qorxudan donub qalırıq. Çünki bunlar gerçəkləşəndə biz əzab çəkirik>>. - Mənim ürəyim əzab çəkməkdən qorxur - Sən ona de ki, əzab çəkmək qorxusu əzabın özündən də pisdir. Öz arzularının axtarışına çıxan heç bir ürək əzab çəkmir, çünki bu axtarışların hər bir anı - Allahla və Əbədiyyətlə görüşdür. Tamamilə təbiidir ki, ürək qazanılmış hər şeyi arzu ilə dəyişməkdən qorxur.
Sayfa 171Kitabı okudu
İnsanlar getməkdən daha çox qayıtmağı arzulayırlar.
Sayfa 163Kitabı okudu
İnsanlara izah edə bilmədiyim şey.
- Mən gedirəm, - o dedi. - Amma istəyirəm ki, biləsən: mən qayıdacağam. Mən səni sevirəm, çünki... - Heç nə demə, - qız onun sözünü kəsdi. - Sevginin səbəbi yoxdur. Sevirlər, çünki...sevirlər.
Sayfa 161Kitabı okudu
...fərqi yoxdur- həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan. Bu əl qəlbində bir məhəbbət yaradır və sənin üçün əkiz ruhu axtarır; işlədiyindən, dincəldiyindən, yaxud xəzinə axtardığından aslı olmayaraq, bu hər kəs üçün belədir. Yoxsa insan nəslini ağuşuna almış arzuların heç bir mənası olmazdı. Külək qum təpələrinin formasını dəyişdirsə də, səhra əvvəlki kimi dəyişilməz qalır. Bizim məhəbbətimiz də əvvəlki kimi qalacaq. Beləliklə, heç zaman anlamayacaqsan ki, məhəbbət insanın Öz Yolu ilə getməsinə mane ola bilməz. Əgər mane olacaqsa, deməli bu məhəbbət saf deyil.
Sayfa 124Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.