Köç Gönderileri

Köç kitaplarını, Köç sözleri ve alıntılarını, Köç yazarlarını, Köç yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Köç" - nəsillərdən nəsillərə, yüz illər boyu hərəkət edən, yaşayan türkün tarixidir. Mövlud Süleymanlı türkün tarixi olan sazdan, nağıllardan, dastanlardan yarpız qoxulu sözləri seçib sapa düzərək bir "Köç" salnaməsi yaradıb. Bu əsəri ürəklə oxuyanda, diqqətlə, duyğuyla, həm də türk kimi yanaşanda türkün tarixi ilə tanış olur, yüz illər əvvəldən axıb gələn o köçə qoşulursan. Burada türkün qədim yurdlarının adı çəkilməsə də, oxuduqca o yerlərin havasını duyur, o böyük "Köç"lə o torpaqlara qədəm qoyursan... Qəribə bir üslubu, axışı var əsərin. Qabriel Markes təsiri ilə yazılmış olduğu fikirləri də irəli sürülür. Doğrusu, oxuduğum zaman bu təsiri duydum. "Yüz ilin tənhalığı"nı xatırladırdı bəzi hissələri, üslubu. "Köç" bir nağıl kimi başlayır, maraqlı şəkildə irəliləyir və ortada elə bir yerə gəlirsən, elə bir qarışıqlıq yaranır ki, diqqətlə oxumasan, heç nə anlamayacaqsan. Əsər başladığı hissədən yüz illər əvvələ qayıdır, səyahət edir (qarışıqlıq da burada yaranır) və başladığı hissəyə çox maraqlı bir şəkildə birləşir və gözəl bir sonluqla yekunlaşır. Sevərək, duyaraq oxudum.
Köç
KöçMövlud Süleymanlı · Mücrü Nəşriyyatı · 060 okunma
Ürəyinin başında iri, bərk bir ağrı vardı, ağrıya-ağrıya ürəyindən də bərk döyünürdü...
Sayfa 152Kitabı okudu
Reklam
Kitablarda oxuduqları sevgilərə oxşar bir sevginin tamaşasına durmuşdular.
Dağlar, siz yaşıyın, biz gedər olduq...
Sayfa 132Kitabı okudu
Tanrı günəşin nurunda, suyun aydınlığında, çiçəklərin qoxusunda, bitən otda, açan tumurcuqdaydı...
Sayfa 122Kitabı okudu
Ayaqlarım ona görə yeriyir ki, bir gün qabağına qaçacam, gözlərim ona görə görür ki, onu gözlüyürəm.
Sayfa 107Kitabı okudu
Reklam
45 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.