Kral Ziblinin Dünya Səyahəti

Jean Christophe Rufin

Kral Ziblinin Dünya Səyahəti Quotes

You can find Kral Ziblinin Dünya Səyahəti quotes, Kral Ziblinin Dünya Səyahəti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Nəhayət, günün birində mənim bu əzablarıma son qoyuldu. Düz bir həftə boyu atam mənə dəyib-dolaşmadı. İlk başlarda onun mənim üçün qorxunc bir qisas planı hazırladığını düşünmüşdüm. Özümü icarədarlar tərəfindən becərilən tarlalarda ən ağır işləri görən bir qul kimi görmüş, hətta qəsrimizin qaranlıq zirzəmilərinin birində unudulub qaldığımı və günün birində təsadüfən zirzəmiyə gələn birinin məni oradan çıxaracağını belə təsəvvürümə gətirmişdim. Amma bütün bunların heç biri olmadı
Görəsən, nə vaxtsa yer üzündə həqiqi bir xoşbəxtlik mənzərəsi seyr edə biləcəyəmmi?
Reklam
Ətrafımda qəlbimi açacaq, kədərimi paylaşacaq heç kimsəm yoxdu
amma qapımızı bir təhlükə döyən zaman,qəlbimizə qorxu və həyəcan girən zaman,bədbəxtliyin güclü qolları arasında çırpınan zaman dərhal köməyimizə gələ bilən ilahi qüvvədən bütün qəlbimlə kömək diləyirdim.Bəli,mən dua edirdim,amma konkret olaraq Tanrıya deyil,sadəcə,köməyimə gələ biləcək hansısa bir ilahi qüvvəyə dua edirdim.Həmin an o vəziyyətdən çıxa biləcəyimə zəmanət verilsə,bütün fəlsəfi düşüncələrimi,bütün əqidəmi belə tərəddüd etmədən bir bütün ayaqları altına sərə bilərdim. Dualarım qəbul oldu.
Sayfa 284 - Oqyust BenjovskiKitabı okudu
O,bitkilərə belə onlar inciməsin deyə yüngülcə toxunardı.O,heyvanlarla insanlarla danışırmış kimi danışar,heyvanlar da bu sevgini hiss edərək onu gördüklərində sevincdən atılıb-düşərdilər.Mən bu sevgi dolu aləmin içində yer tutduğum,canlı bir varlıq olduğum üçün özümü əsilli-nəcabətli sülalənin bir üzvü olduğumdan daha çox xoşbəxt hiss edirdim.
Sayfa 21 - Oqyust BenjovskiKitabı okudu
Nə olur-olsun! Əksinə, bu mənim marağımı daha da artırdı. Uzun hekayələri dinləmək qədər heç bir şeyi sevmirəm. Onlar mənə ağrılarımı və yaşımı unutdurur.
Reklam
Çox güman ki,o düşünmüşdü ki,bir qadının monoloquna elə yalnız bir qadın son qoya bilər.
Sayfa 265Kitabı okudu
Baxmayaraq ki,sizin yalnız bir vəzifəniz var:xoşbəxt olmaq.Təbiətin sizə bu xoşbəxtliyi əldə edə bilmək üçün verdiyi imkanlardan azad şəkildə yararlanın.
Sayfa 220 - Baron HolbaxKitabı okudu
"İnsanları azad olmağa məvbur etmək lazımdır".
Döyüşlərdəki vəhşiliyə qarşı üsyanımın əsl səbəbi bu vəhşiliyin əsassız olması idi.Əsgərlərim bunu nə üçün,hansı səbəbə belə etdiklərini bilmədən rəqiblərinin boğazlarını üzürdülər.Bu,sadəcə,pozulmuş bir cəmiyyətin onların çiyinlərinə yüklədiyi bir tələb idi.Qısası,mənim üsyanıma səbəb olan şey,əslində,silahlar deyil,onlardan əsassız istifadə idi.
Sayfa 50 - Oqyust BenjovskiKitabı okudu
Müharibələr
Təsəvvür edə bilməzsiniz ki,alçaqlıq və yaltaqlıq bəzi insanları özlərini necə böyük bir təhlükənin içinə atmağa vadar edir.Alınmış əmrlərə etiraz etməyə cəsarəti çatmayanlar,xidmət etdikləri nüfuzlu şəxslərin gözündən düşməkdən qorxan bəzi saray adamları sonda həyatlarını riskə atmağa belə razılaşırlar.
Sayfa 318 - Oqyust Benjovski - Kral ZiblinKitabı okudu
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.