5-ci sinifdə keçdiyimiz şeir. Əslində müəllifin "Sirlər xəzinəsi" adlı poemasından bir hissədir. Didaktik janrda bir yazıdır, Russonu xatırladır, halbuki daha əvvəllərə, daha dəqiq desək, 12-ci əsrə aid bir yazıdır, buna görə də öncəgörücülüyünü təqdir etmək gərəkdir. Pedaqogikanın elm kimi formalaşmadığı zamanda böyük addım kimi qəbul etmək olar.