Nə yaxşı ki, oxudum. Əslində gec oxumağa pis oldum, kaş daha tez oxuyardım bu kitabı. Elə bil ki, bunu oxumadan yarımçıq idim, indi tamamlandım. O qədər incə yazılıb ki... Həm də bəzi dərslər də aldım bu kitabdan. Çox düşündürdü məni bəzi məsələlərdə. İnsanlarla olan münasibətlərim, dostluqlarım və s. Sanki uşağa başa salırmış kimi həyatı başa salır. Hələ içindəki şəkillər. Məni məndən aldı, necə belə içim yumşaq oldu, izah edə bilmərəm. Sən ən sevimlilərimdən oldun