Kuma-Manıç Çökəkliyi.

Azad Qaradərəli

About Kuma-Manıç Çökəkliyi.

Kuma-Manıç Çökəkliyi. subject, statistics, prices and more here.

About

Kitabda yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı verilib. (Əsər ilk dəfə “Yazı” dərgisində hissə-hissə, “XAN” nəşriyyatında isə kitab halında 2016-cı ildə nəşr olunub.) Müəllifin ilk iri həcmli əsəri olan “Günəş tutulan yerdə” və “Şəhərcik” romanları ilə “Kuma-Manıç çökəkliyi”nin arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu əsər, hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Birinci Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da, əslində bir çox yoxluqlardan bizi hali edir.
Türler:
Estimated Reading Time: 9 hrs. 31 min.Page Number: 336First Publication Date: 2016Publisher: Mücrü Nəşriyyatı
ISBN: 9789952222111Country: AzerbaijanLanguage: Azerice
Reklam

About the Author

Azad Qaradərəli
Azad QaradərəliYazar · 2 books
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur. Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.