" Bu həyatı yenidən yaşamaq haqqım olsaydı, görəsən, hansı addımları atmazdım " deyə düşünəndə xatirələri yenidən saf-çürük edir, yeni bir ssenari ilə yenidən yaşamağa çalışırdı. Amma bu ona daha çox dərd verirdi. Çünki, əslində, çox gözəl bitə biləcək xatirələr kobud bir inad, əzici bir qürur hissi ilə zəhər dadı verən xatirələrə çevrilmişdi.