Marafon üçün oxuduğum ikinci kitab. İncələməsini biraz gec yazıram. Çünki dərslərim çox idi. İncələmədə həm film, həm də kitab haqqında yazacam.
Kitab əslində şəkilli 32 səhifədi. Ancaq şəkilsiz 4 səhifədi. 4 səhifə olmasına baxmayaraq kitabda çox gözəl məna var. Həm də balaca olduöu üçün oxumaq da rahatdı. Kitabı hamıya məsləhət görürəm.
Kitabda Christmas yəni Yeni il vaxtıdı. Əsas obraz yatdığı vaxt qatar səsi eşidir. Durur və qatarın yanına gedir. Ancaq bu qatar digər qatarlar kimi deyil. Bu qatar uşaqları Şaxta babanın yanına aparır. Təbii ki əsas obraz da razılaşır, qatarla gedir. Orda əsas hadisələr baş verir. Digər hadisələr haqqında danışmaq istəmirəm. Onu siz oxuyun. :)
Filmlə kitab arasında biraz fərq var. Filmini çox bəyəndim. Çox maraqlıdı. Sadəcə fərqləri odur ki, filmdə əsas obraz elə olur ki, yavaş-yavaş Şaxta babaya inanmır və qatara da ilk minmir. Sonradan fikrini dəyişir. Birdə kitab balacadı, 4 səhifəlik kitabdan film çəkmək üçün əlavə şeylər əlavə edilib. Amma çox maraqlıdı. Yəni kitabın gedişatını pozmur. Filmdən bir neçə söz paylaşmaq istəyirəm.
Seeing is believing, but sometimes the most real things in the world are the things we can't see.
Görmek inanmaktır, ama bazen dünyadakı en gerçek şeyler göremediklerimizdir.
There is no greater gift than friendship.
Arkadaşlıktan daha büyük bir hediye yoktur.
Just remember, the true spirit of Christmas lies in your heart.
Unutmayın, Noel'in gerçek ruhu kalbinizdedir.