Hər kəsin bir hekayəsi var...

Əl İşi

Nərimanlı
Tahmini Okuma Süresi:
2 sa. 55 dk.
Sayfa Sayısı:
103
Basım Tarihi:
2024
Yayınevi:
Adiloğlu Nəşriyyat
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

10/10
·103 syf.··
2026 6. kitabı
Kitaba keçməzdən öncə qeyd etməliyəm ki, müəllif sona yaxın həm əsərin adının, həm də üz qabığındakı təsvirin mahiyyətini elə bir dəqiqliklə açır ki, oxucu bu seçimin heç də təsadüfi olmadığını anlayır. Hətta deyərdim ki, kitabın bütün fəlsəfəsi məhz bu ana xətt üzərində qurulub. Povestdə həyatda edilən yanlış seçimlərin ətrafındakı doğru insanların taleyini necə alt-üst etdiyi böyük ustalıqla təsvir olunub. Əsərdəki obrazların hər biri( Hamlet, Liliya, Bulud, Türkay, Nazilə, Əli, Mirzə )o qədər canlıdır ki, onların heç birinin təsadüfi olmadığını, hər birinin taleyinə incəliklə toxunulduğunu hiss edirsən. Hekayə Türkayın yetimxanadakı acınacaqlı həyatı ilə başlayır. Türkayın timsalında biz günümüzün ən böyük ağrılarından birini ,valideynləri tərəfindən ya məcburiyyətdən, ya da məsuliyyətsizlikdən kimsəsizlər evinə atılan uşaqların acı taleyini görürük. Müəllif oxucuya çatdırır ki, o soyuq divarlar arasında tənhalığı iliklərinə qədər duyan bu uşaqlar üçün yad bir insanın kiçik bir nəvazişi belə ruhlarında böyük ümidlər cücərdə bilər.Əsərdə ailə daxili problemlər, xüsusən də Hamletin atası ilə olan münasibəti çox təsirli işlənib. Atasının, onun rus xanımla qurduğu xoşbəxt nikahına etiraz edərək onu övladlıqdan silməsi və çətin anında yanında durmaması bir övladın yaşaya biləcəyi ən ağır sınaqlardan biridir. Valideynlər övladlarının seçimlərinə hörmət etməli, onlar büdrəyəndə isə kürəklərini söykəyə biləcəyi bir dağ olmalıdırlar. Kitabda insana dair hər şey var: dostluq, sevgi, önyarğı və inam. Əsər o qədər axıcıdır ki, bir nəfəsə oxunur; geriyə boylananda qaranlıq qalan heç bir detal yoxdur. Mütaliə zamanı bəzən obrazlara qarşı önyarğı ilə yanaşdığım, onlara əsəbləşdiyim anlar olsa da, sona çatdıqda anladım ki, heç nə ilk təəssüratdakı kimi deyil və hər şeyə səbrlə
1000Kitap
Əl İşiNərimanlı · Adiloğlu Nəşriyyat · 20242 okunma
Reklam

Yazar Hakkında

NərimanlıYazar · 0 kitap
28 Mayıs 1991 tarihinde doğdu. Önce nesir (düz yazı) ile başlayıp, daha sonra nazım (şiir) ile devam etti. "Sənə Məktub Yazıram" adlı şiir kitabı da 2026 yılında yayımlandı.