Comments and Reviews

See All
64 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 29 hours
Bir anda olsa çocukluğuma gittiğimi söylemek doğru bir tabir olacaktır zira Tv de gösterildiği yıllarda ki kadar keyif alarak okuduğum sonuyla mutlu olduğum bir hikayeydi hani kim ne kadar okumak ister şüpheliyim lakin ben bu girişimimden son derece karlı çıktığım kanısındayım. :))
Lassie
LassieEric Knight · Timaş Yayınları · 2011581 okunma
Reklam
128 syf.
9/10 puan verdi
·
Read in 29 hours
Hər kəsin heç olmasa bir kitabla xatirəsi olur. Heç kitab oxumadığım dövrlərdə günlərin bir günü siniflə Baku book centre`ə getmişdik. Mənim də nə dostum nə də kitablara həvəsim olmadığından bir küncdə oturmuşdum. Sonra dedim ki, mırta heç olmasa birini götürüm baxım görüm nə olan şeydi. Və yüzlərlə kitabın arasından seçiləni də elə bu idi - Lessi. Keçən dəfə də bir kitab mağazasında rəflərin arasında dolanarkən gözümə sataşdı, anındaca götürdüm. Yadımdadı o vaxt hamıya fəxrlə deyirdim 60 səhifə kitab oxumuşam. Belə də xatirimdə qalmışdı, indi oxuyanda gördüm ki heç 15 səhifə oxumamışammış. Normalda 128 səhifəlik klassikləri heç sevmirəm. Amma bunun doğmalığı başqa. Eyni zamanda Altun deyil də buraxdıqları kitaba daha ciddi yanaşan bir nəşriyyatın məhsulu olsaydı daha möhtəşəm ola biləcəyini danmıram. Yarısında sıxıldım dedim nə qədər doğma olur olsune çox sadədi. Amma əslində oxuduqca alışırsan, və həqiqətən maraqlı hekayə idi. Kolli cinsindən bir itin maddi duruma görə balaca sahibindən ayrılmasından sonra itin evə dönmə macərasından bəhs edir. Və bu 400 mil yolda bir itin qarşılaşdığı əngəllərdən - insanlardan. Çox kitabda olduğu kimi burda da elit və aşağı təbəqəli insanlar vurğulanır. Həm də yazıçının sırayla hər əngələ qoyduğu bəd və xoş niyyətli insanların qarşılaşdırılması çox gözəl incəlik. Film halda daha maraqlı olacağını düşünürəm və gedirəm baxmağa..
Lassie
LassieEric Knight · Serhat Yayınları · 1997581 okunma
128 syf.
10/10 puan verdi
·
Liked
Uzun müddətdən sonra incələmələrə davam...
Hər zaman itlər insanların sadiq dostudur deyirlər. Bu əsər deyilən fikrin doğruluğunu bir daha sübut edir. Mənim oxuyub təsirləndiyim əsərlərdən biridir. Mövzusu, ideyası hər biri ayrı-ayrılıqda mükəmməldir. Mən bu kitabı 1 gündə oxuyub bitirmişdim. Həm hadisələr axıcı baş verirdi həm də maraqlı gəlirdi mənə sonu. Lessi varlı bir ailənin itidir. Ailə müflisləşdikdən sonra öz itlərini də satmaq məcburiyyətində qalırlar. Lakin Lessi öz "ailəsinə", balaca dostuna hər zaman sadiq qalır. Hətta təsəvvür edin ki, başqa bir ölkəyə aparılsa belə oradan qaçıb yenidən sahibinin yanında qayıdır. Bəli, hər nə qədər çətin olsa da sonda bunu bacarır. Həmçinin əsərdə yalnızca Lessinin sadiqliyindən danışılmır. Müəllif həmçinin bu yolla insanların sədaqətsizliyi, bir sıra haqsızlıqlar, ətrafındakılara qarşı paxıl olan bəzi insanların həzin sonu və s. bu kimi məsələlərə də toxunub. Bu haqda daha çox uzatmaq istəmirəm. Ínsana çox gözəl duyğular, fikirlər aşılaya biləcək bir kitabdır. Əgər maraqlı gəldisə sizə mən oxumağı məsləhət görərdim :) Xoş mütaliələr!
Lessi
LessiEric Knight · Altun Kitab · 0581 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.