Lev Nikolayeviç Tolstoy Haqqında Xatirələr

Maksim Gorki

Lev Nikolayeviç Tolstoy Haqqında Xatirələr Quotes

You can find Lev Nikolayeviç Tolstoy Haqqında Xatirələr quotes, Lev Nikolayeviç Tolstoy Haqqında Xatirələr book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"İnsanlar o kadar değişti ki,dikkat etmek lazım. Artık biriyle el sıkıştıktan sonra beşide yerinde mi diye parmaklarımızı saymak zorundayız."
Reklam
-Sevməyinə sevirsən, ancaq seçməyi bacarmırsan və bütünlüklə ən boş şeylərə can atırsan.
Sayfa 124Kitabı okudu
Əsl müdriklikdə uzunçuluq olmur, "İlahi, rəhm et!" duasında olduğu kimi.
- Ancaq sözlərdən bacarıqsız istifadə edirsiniz - sizin kişi qəhrəmanlarınızın hamısı çox ağıllı danışır. Axı həyatda onlar axmaq və mənasız danışırlar - nə dediyini o dəqiqə anlamaq olmur. Bunu qəsdən edirlər - onlarda axmaq sözlərin altında həmişə başqasından söz almaq istəyi dayanır. Ağıllı kəndli heç vaxt öz ağlını nümayiş etdirməz, bu onun üçün faydalı deyil. O bilir ki, axmaq adama sadə şəkildə, hiyləsiz yanaşırlar, ona da elə bu lazımdır! Siz onun qarşısında açıq şəkildə dayanırsınız, o həmin dəqiqə sizin bütün zəif yerlərinizi görür. O heç kimə etibar etmir, özü də, arvadı da ürək sözünü demir. Sizdə isə hər şey göz önündədir və hər bir hekayənizdə bütün dünyanın ağıllılarını bir yerə toplayırsınız. Qəhrəmanlarınızın aforizmlərlə danışması da yanlışdır - aforizmlər rus dilinə xas olan cəhət deyil.
Bax sən mənimlə mübahisə açırsan, burnunun ucu göyərənə kimi əsəbiləşirsən, ancaq məni döymürsən, hətta söymürsən də. Əgər sən özünü doğurdan da, azad hiss etsəydin, onda hökmən məni öldürərdin.
Reklam
İsa Məsih azad idi, Budda da... Hər ikisi dünyanın günahlarını öz üzərinə götürmüş, könüllü olaraq bu dünyadakı həyata əsir düşmüşdülər. Bundan oyana heç kim getməmişdir, heç kim. Səninlə mən isə - nə edirik! Biz hamımız doömalarımı qarşısında borclarımızdan azad olmağın yollarını axtarırıq, ancaq məhz bnu borcun qavranılması bizi insan etmişdir və bu duyğu olmasaydı, biz vəhşi olaraq qalacaqdıq...
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.