Leyla İle Mecnun

Nizami Gəncəvi

Leyla İle Mecnun Gönderileri

Leyla İle Mecnun kitaplarını, Leyla İle Mecnun sözleri ve alıntılarını, Leyla İle Mecnun yazarlarını, Leyla İle Mecnun yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yazdığın hər şeiri oxuyub müdam, Əzbərdən öyrənib yadda saxlaram. Gözəl sözlərini dedikcə əzbər, Könlümün qəmləri dağılıb gedər..
Özümü hər sayda heç bilirəm mən, Heçə bənzəyirəm bu heçkəslikdən...
Reklam
Leyli söylədi ki: "Günahkar mənəm, Bil, mənim qəmimdir o çəkdiyi qəm. Mən də bu qüssədən deyiləm kənar, Ancaq, dərd çəkməkdə bir fərqimiz var: Məcnun dağ başında ah çəkir bu dəm, Mən quyu dibində nalə çəkirəm".
Ölüm ki, səndəndir nə qüssə, nə qəm, Qoy ölüm, ölümdən mən dad çəkmərəm. Hərçənd ki dünyada ölüm gerçəkdir, Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Madam ki, bu həyat baqi deyildir, Min il də, bir an da yaşasan birdir. Həyatda ölümün nişanəsi var, Onun işvəsinə insanmı uyar? Ey ölüm sirrindən qafil dolanan, Ey bu həqiqətdən xəbərsiz insan, Ölüm səfərinə yığışmadan sən, Çoxmu öz ömrünə güvənəcəksən? Məgər dərk etməyir zəif düşüncən Ki, sən bu dünyada nəçisən, nəsən? Bu yer kütləsində zərrələr ki, var, Müəyyən ölçüyə sahibdir onlar.
Beş günlük dünyanın mənzilində sən Çox rahatlanma ki, zillət çəkəsən. Qoy bilsin bu kənddə mənzil tikənlər Yoxdur bu aləmdə dinclikdən əsər. Ölməz can qurtaran bu daş hasardan Onunçun ölmüşdür bu dünya, inan. Mələk surətində bir divdir aləm. Səni məhv etməyə çalışır hər dəm.
Reklam
664 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.