Öne Çıkan Leyla İle Mecnun kitaplarını, öne çıkan Leyla İle Mecnun sözleri ve alıntılarını, öne çıkan Leyla İle Mecnun yazarlarını, öne çıkan Leyla İle Mecnun yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Beş günlük dünyanın mənzilində sən
Çox rahatlanma ki, zillət çəkəsən.
Qoy bilsin bu kənddə mənzil tikənlər
Yoxdur bu aləmdə dinclikdən əsər.
Ölməz can qurtaran bu daş hasardan
Onunçun ölmüşdür bu dünya, inan.
Mələk surətində bir divdir aləm.
Səni məhv etməyə çalışır hər dəm.
Eşqinə sadiqəm, yolunda dustaq,
Dərdinə şərikəm, qəminə ortaq.
Yanına gəlməyim olmadı mümkün,
Başqa şərtlərisə görmüşəm bütün:
Vücudum ayrısa sənin yanından,
Ruhum ayrılmamış yanından bir an
Leyli söylədi ki: "Günahkar mənəm,
Bil, mənim qəmimdir o çəkdiyi qəm.
Mən də bu qüssədən deyiləm kənar,
Ancaq, dərd çəkməkdə bir fərqimiz var:
Məcnun dağ başında ah çəkir bu dəm,
Mən quyu dibində nalə çəkirəm".