Əli və Nino

Kurban Said

Comments and Reviews

See All
288 syf.
7/10 puan verdi
·
Read in 7 days
bu bir kitab təhlili deyil.
Mən kitabı oxumağa ilk başladığımda təhlil yazmaq üçün tələsmək istədim, çünki kitabda məni narahat edən bir şey var idi. Kitabı irəlilədikdə gördüm ki bu narahatlıq kitabdan asılı deyil, obrazlardan da deyil, əsərin süjetindən də, mövzusundan da deyil. Sonra anladım ki, (ya da mənə belə təsir edib) narahatlıq Qurban Səidin kitabdakı fikirlərindən yaranır. Bəzi şeylərə qərəzimi var nə, dalbadal qaralayır, ya da bəyəndiyi bir şeyin qəşəng olduğunu isbat etməyə çalışır sanki. Bu mənə də təsir etdi bir yerdən sonra mənim gözümə ‘Qurban Səid buna da mı elə yanaşıb yazıb’ pərdəsi düşdü. Bəzi məqamlarda o sevmir deyə doğru şeyi yanlış bünövrəylə pismiş kimi aşılayırdı. Bunlar əsas qərəz yaratdı zatən, sonra isə “yaxşı ki davam etmişəm” dedim. Ciddən oxumağa dəyər əsər idi. (bura biraz təhlilə oxşaya bilər, biraz) Əsər içində millət fərqinin fəsadları ilə yanışı, Əlinin və Ninonun təcəssümündə, əslində, ‘istəsəniz olar’ı göstərdi, çox da qəşəng göstərdi. Əlinin belə dövlətpərəst olmasına baxmayaraq, ən ağır vaxtlarda da Ninonu anlayırdı. Bir də ən sevdiyim yerlərdən biri də Azərbaycan müstəqilliyinin itirilməsinin əsas səbəbinin meyar elm və ağıl, düşüncə olmasması olduğunu, hər kəsin ‘şəxsi’ fikrinin müdafiyəsinə qalxması və ‘azadlıq’dan süstləşməsi olduğu çox qəşəng əsk etdirən rollar var idi. (daha danışasım var , amma yenə çox oldu)
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
Reklam
288 syf.
·
Not rated
Kitabı oxuyarkən kitabın içində idim, çox axıcı idi. Kitabı oxumağa başlayarkən sevgi hekayəsi olduğunu zənn etmişdim. (Buna görə Əli və Ninonu oxumağı həmişə sonraya saxlayırdım) Ama elə deyil kitabın tarixi bir havası var. Ermənilərlə xoş və biryerdə yaşadıqlarımızdan başlayıb ölkəyə rusların gəlməsi ilə tarixi hadisələr əks olunub. Əlinin və Ninonun sevgisi ön plandadır ama onların vətənə qarşı duyduqları sevgini də gözardı etmək olmaz.. Seyid Mustafanın qadınlar haqqında düşüncələri və qadınları ruhsuz adlandırması obraza qarşı nifrət hissi keçirməyimə bəs etdi.. Kitabın bəzi hissləri mənim fikirlərimin tam olaraq ziddi olduğu üçün kitabla danışdığım və yaxudda dalaşdığım doğrudur. Ninonun bir gürcü qızının Dağıstanda yaşamağa dözüb də İranda hərəmxanada yaşamasına dözə bilməməsi təbii ki insanı düşündürür. O çətin şəraitə dözə bilirdi lakin ruhunun dəyişməsini istəmələrinə laqeyd qala bilmədi..
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
·
Not rated
İcmal
Filminə 3 il öncə baxsam da kitabı oxuyandan sonra öncə də düşündüyüm fikrimi təsdiqlədim. Filmər heç bir zaman kitablar qədər dərin təsir edə bilmir. Ümumiyyətlə kitab yazarı ilə film ssenaristinin məqsədləri fərqlidir. Ona görə hər ikisindən eyni performansı gözləmək sadəlövhlük olardı. “Netflix”, “Amazon prime” kimi platformalar sayəsində kino
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
10/10 puan verdi
·
Liked
Bu kitabı oxumağı gecikdirməyin. Azərbaycanı, Qafqaz regionunu və yaşadığımız coğrafiyanın çətinliklərini çox gözəl anlatan bir əsərdi. Əsərin əsas mövzusu bir sevgi hekayəsi və qəhrəmanların Şərq-qərb, müsəlman-xristian dünyasının iç-içə olduğu bir yerdə bütün ziddiyyətlərə baxmayaraq birliktə qalmasıdır. Qarşılarına çıxan hər əngəldə insan düşünür ki, bura qədərdi burdan qırılacaq, amma əsər göstərir ki, sevgi və anlayışın bütün fərqliliklərin öhdəsindən gəlir.
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
Reklam
288 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 7 days
Dünya dağılanda onlar bir-birlərini sevdilər...
İlk növbədə demək istəyirəm ki, "Əli və Nino" əsəri ədəbiyyatımızın sayılan nümunələrindən biridir ki, xarici dillərə tərcümə olunub. Həmçinin eyniadlı film də çəkilmişdir. Lakin əgər filmə baxmağı düşünürsünüzsə, ilk növbədə kitabı oxuyub daha sonra filmi izləmənizi məsləhət görərdim. Bu vaxta qədər, kitabı oxuyana qədər əsərin adı
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
8/10 puan verdi
·
Read in 25 hours
Əli və Nino. Asiya~şərq mədəniyyətli müsəlman oğlu və Avropa~qərb mədəniyyətli gürcü qızının Bakıda kəsişən eşq hekayəsi. Dövrün çətinliklərini - müharibə, qan davaları, çar hökmranlığı, məktəblərdə rus ağalığı və s. əsərdə gözəl şəkildə təsvir olunub. Əsər Əlinin dilindən yazıldığına görə müsəlmanların o dövrdəki mədəniyyətini, həyat tərzini daha rahat görə bilərsiniz. Görün bu kitab neçənci ildə yazılıb. 1927. Nə bir Qarabağ müharibəsi var, nə də Azərbaycan Ermənistan münaqişəsi. Amma məhz o dövrdə də - erməni, müsəlman, gürcü xalqlarının bir yerdə yaşadığı o dövrdə də bu ermənilərin necə murdar xasiyyətli millət olduğu göz qabağında olub. Əli və Ninonun Qarabağdaki, Dağıstandaki və İrandakı səyahətlərinin hər birində də həmin yerlərin adətləri, məşğuliyyət və sənətkarlıqları nəql olunub. Bu iki gənc aşiqin arasında olan bu mədəniyyət, irs problemi onları nə Asiya, nə də Avropada yaşamamağa vadar etdi. Çünki biri meşə biri səhra adamı idi. Beləliklə onlar Bakıda - şərq və qərb mədəniyyətinin tam ortasında öz yurdlarında yaşamağa qərar verdilər. Spoiler verməmək üçün daha da bir şey demirəm. Və sizləri bu yaradıcılığı oxumağa səsləyirəm.
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
9/10 puan verdi
·
Read in 26 days
Çarəsizliyi bəlkə də ilk dəfə bu qədər dərindən hiss etdim. Həyatın bitmək bilməyən oyunları və sabah nə olacağını bilmədən bir ömrü xəyal quraraq keçirən bizlər.. bu qədər gec oxuduğum üçün heyifsilənirəm. Kitabın təsirindən deyəcək söz tapmır insan.. mən susdum, göz yaşlarım danışır. Onlarsa əbədi yaddaşımda qaldılar))
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
10/10 puan verdi
·
Read in 4 days
Çox peşmanam nə üçün bu kitabı daha əvvəl oxumadım deyə: ( ürək ağrısı ilə bitirdim. Bitməsini istəmədiyim nadir kitablardan biri oldu. Hər şeyi ilə çox gözəldir.
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
Reklam
288 syf.
10/10 puan verdi
·
Liked
Əsərdə hər şeyə toxunulub: Azərbaycan tarixi, Bakının keçmişi, İran mədəniyyəti, erməni satqınlığı, sevgi-məhəbbət, Gürcüstanın gözəlliyi, Qarabağ atları, qan davaları, I Dünya müharibəsi, Sovet ruslarının işğalı, igid Azərbaycan oğulları və din... Çox bəyəndim
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
288 syf.
·
Not rated
Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxardırsan. O da mənim ruhumdur. İndi de görək, sən mənim ruhumu da sevirsənmi? Əli və Nino, Qurban Səid.
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.