Mahatma Qandi öz toplumu tərəfindən anlaşılmasa da dünya tarixində siyasətə, siyasi hərəkata mənəviyyat faktorunu gətirən ilk insandır. Mahatma Qandi Cənubi Afrikada hindlilərə tətbiq olunan ayrıseçkiliyə məruz qalmışdı. Bu təhqiredici rəftar Qandinin həyatında dönüş nöqtəsi olmuşdu. O, qatarla Cənubi Afrikaya gedərkən birinci dərəcəli biletə sahib olmasına baxmayaraq üçüncü dərəcəli yerə keçməyə məcbur edildi və bununla razılaşmayanda isə Pitermariçburqda qatardan qovuldu. Mahatma Qandinin dünyaya öyrətdiyi ən böyük şey qeyri-zorakılıqdır. Döyülsə də, təqib olunsa da, dəfələrlə həbs edilsə də heç vaxt zorakılığa əl atmadı və onu izləyənləri də qeyri-zorakılığa səslədi. Bu kitabı oxuyarkən böyük mənəviyyat məktəbi ilə tanış olacaqsınız. Qandinin simasında xalqı və bəşəriyyət üçün özündən imtina edən şəxsiyyətin bütün dünya tərəfindən hörmət və ehtirama layiq olduğunu görəcəksiniz. Xalq aydınlanması adına Mahatma Qandini daha yaxşı tanıyaq.