Comments and Reviews

See All
192 syf.
10/10 puan verdi
·
Liked
Əsərin qəhrəmanı Ləmandır. Həyatın sınaqlarından hər zaman qələbə ilə çıxan Ləman gözlənilmədən ağır, sağalmaz dərdə – xərçəngə mübtəla olur. Həmişə onu çox sevən əri Bəxtiyarın birdən-birə üzü dönür və onu xəstə halında tək qoyur. Ləmanın iztirabı birə yüz artır, ərinin bu dönüklüyünə dözə bilmir, ölmək istəyir. Yaşadığı şəhərlə sonuncu dəfə vidalaşmaq üçün evdən çıxır. Bu zaman Fərhadla rastlaşır. Fərhadın yüksək insani keyfiyyətləri onu yenidən həyata bağlayır: «Onu gördükdən sonra ölmək fikrini unutdum. Qərar vermişdim, nə olursa-olsun, savaşacaqdım sonuna qədər: – həm xəstəliklə, həm də ailəmin dağılması nəticəsində ruhumda açılan yaralarla. Ölüm Fərhadın gözlərindən daha gözəl deyildi…». Yazıçı Fərhad obrazı ilə sübut etməyə çalışır ki, bəli, insanlıq hələ ölməyib, diridir, yaşayır. Ali, müqəddəs hisslər var və olacaq. Fərhadın saflığı, müqəddəs hissləri sayəsində Ləman ölümlə çarpışır və bütün duyduqlarını qələmə alaraq bir roman yazır.
Ləman
LəmanTural Sahab · Mingəçevir Poliqrafiya Müəssisəsi · 201724 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.