Ləpirçi: Mən Yeməli Deyiləm

Rövşen Abdullaoğlu

Ləpirçi: Mən Yeməli Deyiləm Reviews

You can find Ləpirçi: Mən Yeməli Deyiləm reviews, Ləpirçi: Mən Yeməli Deyiləm book reviews, Ləpirçi: Mən Yeməli Deyiləm ratings on 1000Kitap.

Score

8.9Out of 10
73 People · 14 Review
264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 16 hours
Kitabı oxuyandan sonra Afrikada yaşamaq istədim lap >//< Afrika həyatı, təbiətlə bu qədər iç-içə olmaqları həmişə mənə qəribə gəlmişdi. Düzü, belə mövzunun diqqətimi çəkəcəyini də düşünmürdüm. Lakin kitaba başladıqdan sonra oxumağa can atdım. Sanki, artıq onlara haqq verirdim, həmçinin sözlərlə belə olsa təbiət təsvirlərindən zövq alırdım. Digər hissələrini də oxumaq üçün səbirsizlənirəm:D
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020166 okunma
264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Mimi si çakula, mimi si çakula!
Səmimi olaraq deyim ki, kitaba başlamazdan qabaq kitaba qarşı önyarğım var idi. Niyəsini özüm də bilmirəm, bu qədər bəyənəcəyimi düşünməzdim. Bu kitab da məni kövrəldən kitablar siyahısına qoşuldu. Afrikada insanların yaşayış tərzi, münasibətləri mənə həmişə maraqlı olub. Kitabı oxuyarkən özümüzü həmin insanların yanında hiss etməyə bilmirik. Bununla bərabər dostluq, sevgi üçün aparılan mübarizəyə şahid oluruq. Çox maraqlı idi və Rövşən Abdullaoğlununun bu kitabı da uğurlu alınıb. Kitabın sonu çox üzücü oldu. Kitabın adı isə həqiqətən, əla seçimdir. Mən yeməli deyiləm.. Mimi si çakula..
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020166 okunma
Reklam
264 syf.
7/10 puan verdi
·
Read in 9 days
Yazarın bir neçə əsəri ilə tanışam, roman tərzi olan əsərlərində nəsə əskikliklər var, tapa bilmirəm nələrdir. Ümumilikdə yaxşı yazır, axıcıdır. Roman macəra tərzi bir romandır. Hadisələr Afrikada cərəyan edir və qəhrəmanımız Lano ilə birlikdə mən də Afrikanın bölgələrini səhayət edib, əyləndim.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020166 okunma
264 syf.
·
Not rated
·
Read in 36 hours
Yaxşı ki oxudum dediyim kitablardan oldu. Dilin ,dinin fərqi olmadan insanı insan olaraq sevmənin önəmini xatırladırdı . Insanı insan edən dəyərləri , heyvandan ali olmasına baxmayaraq , bəzən heyvanlardan da aşağı olabiləcəyini... Bizim kimi insan olan , ancaq tamam başqa "dünyalarda" yaşayan insanlardan , tayfalarından bəhs edən , axıcı , şirin bir macəra kitabıdır.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020166 okunma
310 syf.
·
Not rated
·
Liked
Rövşən Abduloğlunun digər kitabları kimi Ləpirçi də axıcı idi.Ümumiyyətlə yazıçının heç bir kitabına incələmə yazmağı ehtiyac bilməmişəm ancaq bu kitabda tərəddülü qaldım.Doğrusunu desək,digərləri kimi möhtəşəm deyildi.Amma özünə məxsus bir fərqliliyi varıydı.Burada göstərilirdi ki,İnsanın harada yaşamağından asılı olmayaraq, o insandır.Eyni pis və yaxşı xislətlərə sahibdir.Kitabı oxuyarkən tamam ayrı bir dünyaya keçid edirsən,əslində oxuyarkən çox maraqlıdı ancaq haqqında məlumat verməyə gələndə heç nə deyə bilmirsən.Nə qazandım desək,sadəcə vaxtım maraqlı keçmiş oldu və insani duyğuların dəyişməyəcəyini öyrənmiş oldum.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020166 okunma
Reklam
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.