Bax, hər şey bununla qurtarır. Ölümlə. Heç bilmirsən ki, bunlar nə üçündür. Bilməyə macal tapmırsan. Səni elə beləcə həyatın burulğanına atırlar və sənə həyatın qaydalarını söyləyirlər, səni qəfil yaxaladıqları elə birinci dəfədə də öldürürlər.
Onda mənim sevgilimi külək gətirərdi. Ey külək, gətir mənim Kertrinimi. Neyləyək, budur biz ilişmişik. Dünyada hamı ilişir və xırda yağış alovu söndürə bilməz.