-Mən elə zənn edirdim ki, yaşa dolduqca dindar olacağam, amma nədənsə olmadım,-dedi.-Çox təəssüf edirəm.
-Siz öləndən sonra yaşamaq istərdinizmi?-soruşdum və o saat başa düşdüm ki, ölümü yada salmaq axmaqlıq oldu. Amma bu söz onu pərt eləmədi.
-Baxır necə yaşamaq. Bu həyat çox xoşdur. Mən əbədi yaşamaq istərdim,-o gülümsündü.