Kitab məni çox təsirləndirdi və ən bəyəndiyim kitablar siyahısına əlavə oldu deyə bilərəm.
Əsərin baş qəhrəmanı Madame Bovary (Emma), sevgiyə möhtac bir qadın obrazıdır. Sevginin həyatımızda nə qədər böyük rol oynadığını bir daha anlamış oldum. Emma oxuduğu kitablardakı gözəl sevgilər ilə beynini elə doldurub ki, gerçək həyatı onu heç məmnun etmir və həyat yoldaşını sevmir.
Emmanın həyat yoldaşı Charles Bovary savadlı həkimdir və Emmanı çox sevir, ancaq onu anlamır, başa düşmür, yaxud da deyə bilərəm ki sadəcə fikirlərini yox, istək və xəyallarını, hislərini anlamaq istəmir. Emmanın isə ən çox ehtiyac duyduğu şey anlaşılmaqdır, ən çox bu uzaqlaşdırır yoldaşından onu. Xəyallarının anlaşılmasını gözləyən Emmanı, yoldaşı o xəyallarla birgə bir evə həbs edir sanki.
Ümumiyyətlə, evlənməməsi gərəkən iki fərqli dünhaların insanları idilər. Emma xəyallarda, Charles isə gerçək həyatda yaşayan birisi idi. Kitabın əsas mövzusu da elə bu idi: İllərdir xəyallarla yaşayan bir qadının gerçəkliklər qarşısındakı xəyal qırıqlığı və ümidsizliyi...
Bu arada, kitaba başlamazdan əvvəl mövzusu haqda bilgim var idi deyə, Emmaya içimdə bir mühakiməedici hiss ilə yanaşaraq oxuyurdum, lakin sonradan fikrimi dəyişdim və əslində yazıçının da deməyə çalışdığı fikri anladım.
Məncə, hər kitabsevərin rəfində olması gərəkən bir əsərdir. Mən kitabdan çox təsirləndim və çox sevdim. Flaubert çoox ağır yazı üslubuna sahib olsa da, kitabı oxumaq mənim üçün zövq idi. Bu cür əsərlər ingiliscə hissləri daha çox ötürü mənim fikrimcə, ona görə ingilis dilində oxudum.