Oxumadan öncə çox insandan “sonda Martin bədbəxt olur” deyə spoilerlər yemişdim. Oxudum və bədbəxt olduğunu düşünmədim. O vəziyyətdə Martin edə biləcəyi ən doğru seçimi etmişdi. Hekayə irəlilədikcə Martin bizə göstərir ki, əlçatmaz dediyimiz, işıltısında boğulduğumuz hər şey, əslində, heç də düşündüyümüz, ümid etdiyimiz kimi nəticələnmir. Biz ancaq yaşadığımız anı hiss edə bilirik, hisslərimizdə yanıldığımızı isə, zaman keçdikcə qavrayırıq. Oxuduqca, gördükcə, düşündükcə və daha artığını yaşadıqca. Kitabın sonuna doğru Martinin də düşündüyü kimi “Martin elə həmin Martin idi”. Bizlər də elə həmin “Biz”ik, bizə olan davranışlar isə, situasiyadan asılı olaraq dəyişir. :d