Martin İden

Jack London

Martin İden Reviews

You can find Martin İden reviews, Martin İden book reviews, Martin İden ratings on 1000Kitap.

Score

9Out of 10
31k People · 6041 Review
392 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 8 days
Martin Eden" Jack London tərəfindən 1909-cu ildə yazılmış klassik bir romandır. Bir dənizçinin yazıçı olmaq uğrunda apardığı mübarizədən bəhs edən romanda, ehtiraslı aşiq olan dənizçi Martin Eden, stereotiplərə qarşı çıxır, suallar verir, inanır və idealları naminə düşündüklərini cəsarətlə ifadə etmir. Martin İden Cek Londonun özü və həyat uğrunda mübarizəsidir. Martin İden Cek Londonun prototipi olub. Keçdikləri həyat yolu bunu açıq-aydın sübut edir. Cek Londonun ölümü ilə bağlı bəzi mülahizələr var ki, bunlardan biri də onun intihar edərək həyatına son verməsidir. Əsərində London göstərir ki, qəhrəmanı Martin İdenin də ölümü intihar etməsi ilə olur. Əsərin dili Türk ədəbiyyatından Sabahattin Ali'nin dilinə bənzəyir. Bir sevgi, böyük bir dəyişiklik və açıq və ürəkli bir dövrdən bəhs olunur. Bu mövzuda əsər axtarırsızsa mütləq oxumalısız. Oxumağa dəyər möhtəşəm əsərdir.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
400 syf.
9/10 puan verdi
Spoilər ola bilər
Kitabı bir neçə saatdı bitirsəm belə hələ də kitab qarşımda boş boş baxıram. Sonunun belə olacağını və bu qədər mənə təsir edəcəyini düşünmürdüm... Yazıçı kitabda kasıbçılığı, çarəsizliyi, iradəli olmağı, ümidləri, sevgini elə gözəl ifadə edib ki, Martin obrazını oxuduğumuz zaman onun keçirdiyi hissləri sizdə onunla bərabər
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
Reklam
392 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edə bilər.
"Martin İden" - Cek Londonun avtobioqrafik romanı. Əsər 21 yaşlı Martinin həyatından, arzularından, mübarizəsindən bəhs edir. (Martin İden yazıçının prototipidir.) Hər şey aşağı təbəqədən olan gənc Martinin bir münaqişədə Artur adlı zəngin təbəqədən olan gənci xilas etməsi ilə başlayır. Artur ona minnətdarlıq üçün evlərində nahara dəvət edir. Bizim kasıb və təhsilsiz Martinimiz onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Lakin Rufa sevgisini etiraf edə bilmək üçün aralarındakı sinif fərqini yox etməsi lazımdır. Martin çoxlu kitab oxumağa və ədəbiyyatı sevməyə başlayır. (Yox, o ömründə bir dənə də olsun kitab oxumamış biri deyildi. Öz dili ilə desək - "Mən, bilirsinizmi, kitabları həmişə sevmişəm və əlimə düşən kitabı həmişə oxumuşam.") Daha sonra özünün də yazmaq bacarığı olduğunu hiss edib qərara gəlir ki, yazıçı olsun, bu sayədə pul qazansın və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın... Görəsən, sonda Martin bu arzusuna nail ola bilirmi? Kitab yarısına qədər sıxıcı, sadə bir sevgi hekayəsi imiş kimi davam edir. Lakin əsas hadisələr yarısından sonra başlayır. Kitabı bəyəndim sevdiyim əsərlərin sırasına daxil oldu. *Qeyd: Kitabı oxumadan əvvəl Cek Londonun həyatını araşdırıb oxusanız daha yaxşı olar. Xoş mütaliələr...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
392 syf.
8/10 puan verdi
·
Read in 7 days
Kitabı oxumadan öncə Cek Londonun öz həyatı haqqında kiçik bir araşdırma etməyinizi məsləhət görərdim, çünki Martinin hekayəsindəki çox hissəni London öz həyatından ilhamlanaraq yazıb. Kitabın incələməsinə keçmədən öncə Cek Londonun həyatından bir az yazım. Cek Londonun anası Flora hamilə olduğunu Cekin atasına dedikdə o, Floranı tərk edib və
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
392 syf.
9/10 puan verdi
·
Read in 7 days
Ahh Martin İden bu necə bir hekayədir. Kitabı oxuyanda ağlımda ancaq bir fikir formalaşdı "Çiçək solandan sonra yağan yağmurun nə faydası!? :(". Roman haqqında çox şey demək olar amma deyəsən məndə Martin kimi yorğunam. Sadəcə çox gözəl bir romandır mütləq oxuyun deyə bilirəm ^^
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Mütləq heç nə yoxdur.
Bu kitab haqda çox şey yaza bilərəm,sujet xətti ilə əlaqələndirib.Amma bunu etməyəcəm. Lakin kitabı oxuduğum zaman kəsiyi həyatımda elə bir götür-qoylu ruh halıma təsadüf etdi ki, ciddiyə almadığım bir çox şeydə haqsız,sonda isə haqlı olduğumu mənə dərk etdirdi. Bu cümlələri burda qeydiyyat apardığım hər şey kimi öncəliklə özümün kitaba dair
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
Reklam
392 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 16 days
Mənim üçün, bir kitabın son səhifəsini, son sətirlərini oxuyarkən, bitirib qapağı örtdükdən sonra, o kitab bir müddət solğun- solğun divara baxdırmırsa, hələ axtardığım hekayə deyildir. Lakin, Martin İden.. Həyat gec- tez istədiyimizi verir, əzm etmək, çalışmaq lazımdır. Amma, nə qədər gec? Versə belə, əvvəlki istək qalmadıqdan sonra nə yararı olar ki? İnsanın həyatında ən azından biri olmalı, inandığı, üzərində çalışdığı şeylərə gedən yolda əlini möhkəm tutub, varlığıyla güc verəcək biri. Pul, şan-şöhrət, ad-san nə qədər önəmli idi ki? Sevgindənmi? Canındanmı?. Sonrakı peşmançılıq kitabımızın qəhrəmanları üçün də fayda vermədi, olan Martinə oldu.. Kitab o qədər dərin izlər buraxan bir kitabdır ki, təsirindən çıxmaq çətin olacaq deyə düşünürəm. Nələr yox idi ki, içərisində.. Əsl dostluq, əsl sevgi anlayışı, əzm, güc.. Sanki Martinlə birgə ətrafımdakı insanlara, həyata baxış bucağım dəyişdi. Dostluğa, sevgiyə, kitablara, "mən" olmağa. Bir şey səni əvvəlki qədər xoşbəxt etmirsə, əvvəlki qədər üzə də bilməz. Vaxtı gəlmişdir bəlkə də mənim də itirmək qorxusunu həyatımdan atmamın..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
392 syf.
·
Not rated
Həyat
“Həyat eşqi qüvvətlidir” dedi. Həyatını sürətlə yaşadı, o qədər sürətlə yaşadı ki, artıq hissləri bir daha təcrübə edəcəyinə ümidini itirdi. Hətta qəzəbə belə həsrət qaldı. Bu zaman niyə belə həyata davam etsin?! Tolstoyun cəsarət edə bilmədiyinə Martin cəsarət etdi.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
392 syf.
10/10 puan verdi
·
Read in 25 days
Bu kitab məndə üç dörd il olar ki var .Gec oxuduğum üçün təəssüf edirəm.Kitabda bir çox mövzuya toxunulub .Eşq, məğlubiyyət, xəyallar,uğur və s. Rufla Martin haqda bunu deyə bilərəm ki Rufun hisləri eşq ,sevgi deyildi.Biz bəzən xəyalımızda yaratdığımız birini xarici görünüş cəhətdən sevdiyimiz birinə uyğunlaşdırıb eşq zənn edirik .**Beğendiğiniz bedenlere, hayalinizdeki ruhları koyup, bunu “aşk” sanıyorsunuz.**Eyniylə Ruf da Martinin öz tanıdığı insanlar kimi olmasını,dəyişməsini ,yazmamasını istəyirdi.Nəticədə ilk çətinlikdə üz döndərdi.Məğlubiyyət,Martin dəfələrlə məğlub olsa belə yenə yazmağa davam etdi, heç kimi dinləmədi , insan adı daşıyan varlıqlar hər zaman həyatımız haqda mənfi danışar,onlara fikir vermək isə insanı yanlız xəstə edər.Sonda uğur əldə etdi ama bəzən xəyallarımız gerçək olduğu zaman çox şey əldə etdiyimizi zənn edərik əslində olan isə sadəcə boşluqdur. Oxuduğum mükəmməl kitablardan biri oldu..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
462 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Martin İden...Bu kəlmədə nələr yoxdu ki?! Bəzən insan kitabdakı obrazlara o qədər aşiq olur ki, kaş realda belə birisi olsaydı.Kaş ona yardım edə bilsəydim deyə düşünür...Kaş onunla danışa bilsəydim.Hətta susmağa da razı olursan onunla) Martin də mənim üçün belə obrazlardan biridir. Oxuduqca Martinlə bir olursan, nəfəsini, əzmini, sevgisinin gözəlliyini duyursan.Martin kimi sevmək, mənim ağlımda belə həkk olunub İden.Sənin kimi sevən varmı, Martin?!    "Oğlan filologiya sözünün mənasını bilmirdi". İlk öncə filologiya sözünün mənasını belə bilmir baş qəhrəmanımız.( amma...sonra, orasını kitabı oxuyanda görəcəksiz) Yoxsuldu ,amma qəlbi o qədər gözəldir ki...Ruf adlı zəngin ailənin qızına aşiq olur. Və hər şey bundan sonra başlayır. Çox təsirli romandı.Axıcılığına söz ola bilməz.Mütləq oxuyun. Möhtəşəm romandı.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792.2k okunma
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.