"Martiroloq" və Tarkovski Haqqında Sözleri ve Alıntıları
"Martiroloq" və Tarkovski Haqqında sözleri ve alıntılarını, "Martiroloq" və Tarkovski Haqqında kitap alıntılarını, "Martiroloq" və Tarkovski Haqqında en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Həyata təzdən başlamalıyıq. Bunun üçün nə lazımdır? Hər şeydən qabaq özünü azad və müstəqil hiss etmək. İnanmaq, sevmək. Bu lənətəgəlmiş dünyanı buraxıb, başqası naminə yaşamaq. Bəs harda?”
“Ən bədbin fikirlərdən biri: sən heç kimə lazım deyilsən, öz mədəniyyətinə tamamilə yadsan, onun üçün heç nə eləməmisən, sən heç nəsən… Mən yoxam, boşluqdan ibarətəm… Heç kimə lazım olmamaq ağır dərddir. Beləliklə də, boşluqda bir məna görmürsən.”
“Əsl incəsənət onları qorxudur. Bu da, əlbəttə ki, təbiidir; şübhə doğurmayan incəsənət onların əleyhinədir. Görünür, o humanistdir, onların təyinatı isə bütün canlı olanları, humanizmin istənilən təzahürlərini məhv etməkdir, sanki insanın azadlığa cəhd etməsi və ya bizim solğun axında qərar tutması incəsənətin əlamətləridir. Onlar özfəaliyyətin bütün cəhdlərini diri-diri basdırmayınca, şəxsiyyəti ev heyvanına döndərməyincə sakitləşən deyillər.”
“İnsanı - ananı, qadını, uşaqlarının anasını, kişini - həqiqətən sevmək üçün gərək bütöv şəxsiyyət, daha doğrusu, Dahi olasan… Sevgi həqiqətdir! Riyakarlıqla həqiqət birləşə bilməz.”