Məbədin Sükutu

Aqşin Yenisey

En Yeni Məbədin Sükutu Sözleri ve Alıntıları

En Yeni Məbədin Sükutu sözleri ve alıntılarını, en yeni Məbədin Sükutu kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
- Məsələn, biri elə mən, nə qədər faşist öldürməliyəm sizin üçün ? + Yaxşı döyüşsən beş-altısını gəbərdə bilərsən... - Olmaz ki, elə faşistləri gətirəsiniz, biz kənddə yabalayıb öldürək ?
Şəkil çəkdirmək istəyi insanın əbədiləşmək yanğısıdır.
Reklam
Arvadın deyingənliyini çıxmaq şərtilə həyat Kür çayı kimi axırdı.
Sonra məlum oldu ki, sən demə, orada da Anar müəllim var və dövlətin büdcəsini ədəbiyyat naminə yağmalayan Yazıçılar Birliyinin əliqəlyanlı ömürlük sədridir.
Onun ilk inqilabı evdəkiləri bərk əsəbiləşdirib, bütün qohum-qonşu, Tümendə buruq qazan dayıları, İstanbul bazarında ət alverinə baxan əmiləri, Kamçatka yarımadasında tək-tənha ərdə olan xalası, bir sözlə bütün dünya Azərbaycanlıları yığılıb gənc şairə adının dalına doğma torpaqdan bir ad götürmədiyi üçün itin sözünü deyiblər, elin xeyir-şər məclislərində itdən alıb, itə veriblər.
Az sonra Azərbaycan dilində danışmağa başladı, ilk dediyi söz "oğraş" idi. Hər bir dilin ilk yadda qalan sözləri söyüşlərdir.
Reklam
36 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.