Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məbədin Sükutu

Aqşin Yenisey

Məbədin Sükutu Sözleri ve Alıntıları

Məbədin Sükutu sözleri ve alıntılarını, Məbədin Sükutu kitap alıntılarını, Məbədin Sükutu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Kənd
çaylar axar ağacların içindən, içindən, quruyarlar budaqlar öz ucundan, ucundan, quşlar qorxar buludların köçündən, köçündən, şimşək çaxar göydən qaçar yağışlar, yağışlar. doluşar ot tayasına sərçələr, sərçələr, sərçələr ot tayasında gecələr, gecələr, yorğun sürü axşam kəndə gec gələr, gec gələr, gün batınca kəndə enər yoxuşlar, yoxuşlar. gövşəyərək köks ötürər inəklər, inəklər. boylu gəlin yuyub sərər köynəklər, köynəklər, süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər. sükut çökər, fikrə gedər baxışlar, baxışlar. səhər günəş qonşu kənddən ucalar, ucalar, oyanmamış hələ həyət bacalar, bacalar, sübhdən qalxıb namaz qılar qocalar, qocalar, diz çökərlər, allah bizi bağışla, bağışla.
Reklam
Bir üzünə baxanda elə bütün adamlar özlərinin bədbəxtliklərini görmək imkanından məhrum yaradılıblar. Hərəmiz bir cürə xoşbəxt bədbəxtik.
O şəhərdə ki, Doğma evində türmə həyatı yaşayanlar, Sevdiyi qadını özgə arvadı kimi qucaqlayanlar, Halal çörəyini əsir düşmüş əsgər kimi çeynəyənlər var. O şəhərdə Başımızın üstündəki səma hələ göy deyil, Ayağımızın altındakı torpaq hələ yer deyil.
Yaxud yəhudilərin, onlardan sonra isə müsəl­manların Qurban bayramını xatırlayın, məgər onlar Allah yolunda ocaqda yandırılmış göyərçin və təzə kəsilmiş qoyun-quzu ətindən başqa bir şey qurban verirlərmi? Məncə, yox. Halbuki indiki dünyada heç kim Allah yolunda əməkhaqqısının azaldılmasına razı olmaz. Nə üçün bizim şüurumuzda Allahın ətpərəst olması barədə tәsәvvür mövcuddur? Biz bunu bilmirik, onu bilirik ki, guya, hər il qurban əti olmasa, Allah öz bəndələrindən inciyə bilər.
Sayfa 12 - QanunKitabı okudu
Reklam
Din yenə doqquzyaşlı qızlara üz tutub. Allah özü bizi dinin bu niyyətindən qorusun.
Baxma, cəhənnəmdəsənsə, gərək tanıdın-tanımadın, hamını sevəsən.
Hər dəfə paytaxtda avtobusa minəndə elə bilirəm hücuma keçirik, Qarabağı almağa gedirik.
Reklam
Iblis insanin zindan yoldaşıdır , sürgün dostudur. Pyer . A
Arvadın deyingənliyini çıxmaq şərtilə həyat Kür çayı kimi axırdı.
40 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.