Tahmini Okuma Süresi:
11 sa. 20 dk.
Sayfa Sayısı:
400
Basım Tarihi:
Ekim 1981
İlk Yayın Tarihi:
1981
Yayınevi:
Maarif Nəşriyyatı
Orijinal Adı:
Mehman
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi
Realist-psixoloji üslubda yazılmış bu əsərin mövzusu cəmiyyətin mənəviəxlaqi saflığı uğrunda ədliyyə orqanlarının mübarizəsindən götürülmüşdür. 1944-cü ildə qələmə alınmış bu povestdə qanunun aliliyi, hamının qanun qarşısında məsuliyyət və bərabərliyi əsas götürülmüş, maraqlı bir prokuror surəti yaradılmışdır. Əsərin əsəs qəhrəmanı Mehmandır.
MehmanSüleyman Rəhimov · Maarif Nəşriyyatı · 198124 okunma
Puan vermedi
Realist-psixoloji üslubda yazılan əsərdə bölgə prokurorunun həyatı və mübarizəsi təsvir olunur. Qanunun aliliyi uğrunda mübarizə - povestin əsas ideyası sayıla bilər. Mehman əsərin baş qəhrəmanıdır. O, yazıçının yaratdığı müsbət qəhrəmanlar qalereyasında özünəməxsus yer tutur. Fərdiləşdirilmiş xüsusiyyətlərə malik bu insan portreti milli ədəbiyyatımız üçün də bir qazancdır.
MehmanSüleyman Rəhimov · Qanun Nəşriyyatı · 202524 okunma

Yazar Hakkında

Süleyman RəhimovYazar · 1 kitap
Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir. 1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur. Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir. 1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.