Bəli cinayət!.. Birinin qəlbini məqsədli şəkildə ələ almaq, onun ruhunu almaq demək idi. Əgər birinin ruhunu alıb, öz ruhuna qatmayacaqsansa, onu havaya buraxıb gedəcəksənsə bu həmin insanı öldürmək anlamına gəlmirdi mi? Və dünyanın hər yerində insanı qəsdən öldürmək cinayət hesab edilmirdi mi?..
— Narahat etmədim ki, Qanbay müəllim?
Qasımlıya görə, insanlar arasında münasibətdə bu sual qədər mənasız, yersiz ikinci bir sual ola bilməzdi. Xüsusilə də, əgər bu sual mədəni bir adama verilibsə, lap qıcıqlandırıcı təsir bağışlayırdı. Axı qarşısındakı adam sənin gəlişindən, ya telefon zəngindən narahat olsa da, sənə "narahat etdin" cavabını verməyəcək! Çox yaxşı bilirsən ki, narahat olduğu halda da "yox əşi, o nə sözdür" deyəcək. Və əgər belədirsə, bəs onda nə üçün bu sualı verirsən?
Bəli,cinayət!..Birinin qəlbini məqsədli şəkildə ələ almaq,onun ruhunu almaq demək idi. Əgər birinin ruhunu alıb,öz ruhuna qatmayacaqsansa,onu havaya buraxıb gedəcəksənsə,bu həmin insanı öldürmək anlamına gəlmirdimi? Və dünyanın hər yerində insanı qəsdən öldürmək cinayət hesab edilmirdimi?
Sevgi xəyanəti odur ki, sənin məhəbbətinə illər uzunu inanaraq, öz məhəbbətiylə qarşılıq vermiş birinin inamını, ümidini param-parça edib ayaq altına atasan.